Əsas Səhifə > Güney Press, Araşdırma > “İNVESTIGATOR.AZ” SAYTI TƏQDİM OLUNDU

“İNVESTIGATOR.AZ” SAYTI TƏQDİM OLUNDU


3-05-2012, 14:03
“İNVESTIGATOR.AZ” SAYTI TƏQDİM OLUNDU

YENİ PORTALDA ARAŞDIRMA YAZILARA ÜSTÜNLÜK VERİLƏCƏK

Mayın 3-də Regional Araşdırmaçı Jurnalistika Məktəbinin saytı təqdim olunub. Üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən “İnvestigator.az” saytını Acıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi yaradıb.

Saytda tədris vəsaitləri və praktik məsləhətlər yerləşdirilib.

“Dərsliklər” bölməsində Mark Li Hanter və Tom Hayneman kimi məşhur müəlliflərin təqdimatları və kitabları yerləşdirilib. “Yeni texnologiyalar” alt bölməsində isə internetdə geniş axtarışlar aparılmasının əsasları, axtarış sistemlərinin strategiyaları və əlavə operatorlar haqqında informasiyalar var.

“F.A.Q.” (tez-tez verilən suallar) bölməsində araşdırma jurnalistikası haqqında bilgilər yer alıb və hər bir istifadəciyə saytın administrasiyasına sual vermək imkanı yaradılıb. “Faydalı” bölməsində “QHT hesabatları” və “Hökümət təşkilatlarının hesabatları” haqqında məlumat yerləşdirilib.

“Beynəlxalq” bölməsində isə araşdırma jurnalistikası üzrə beynəlxalq təşkilatlar, bu mövzusuda xaricdə çap olunmuş məqalələr, məşhur araşdırmaçı jurnalistlər haqqında informasiyalar, həmçinin səs-küylü araşdırmaların müəllifləri ilə müsahibələr var.

“İnvestigator.az” saytında forum da fəaliyyət göstərir. Burada gündəmdə olan məsələləri və araşdırma jurnalistikası üzrə yeni məqalələri müzakirə etmək imkanı yaradılıb.


Geri qayıt