Əsas Səhifə > Hadisə > BAKIDA FACİƏLİ YOL QƏZASI

BAKIDA FACİƏLİ YOL QƏZASI


3-05-2012, 12:24
BAKIDA FACİƏLİ YOL QƏZASI

NƏTİCƏDƏ XEYLİ SAYDA YARALANAN VAR

Bakıda iki sərnişin avtobusu toqquşub.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə bu gün Sabunçu bazarının yanında qeydə alınıb. 204 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusu qarşıdan gələn 93 saylı marşrut avtobusu ilə toqquşub. Qəza nəticəsində ölən olmasa da, 15-ə yaxın sərnişin xəsarət alıb.

3 saylı Sabunçu şəhər Klinik Xəstəxanasından APA-ya hadisə zamanı yaralanan 15 nəfərin adı açıqlanıb. Onlar - 20 yaşlı Aysel Allahverdiyev, 17 yaşlı Aynurə Hacıyeva, 20 yaşlı Günay Nurəliyeva, 30 yaşlı Vəfa Nəzərova, 39 yaşlı Gülqayıt Səfərova, 43 yaşlı Adilə Əliyeva, 39 yaşlı Xanım Səmədova, 40 yaşlı Nazilə Osmanova, 6 yaşlı Xədicə Osmanova, 42 yaşlı Şəhla Əliyeva, 58 yaşlı Xanım Əhmədova, 54 yaşlı Ziyafət İbrahimova, 53 yaşlı Sakit Məmmədov, 24 Cəmilə Kərimova və 51 yaşlı Almaz Mehdiyevadır.

Yaralıların vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt