Əsas Səhifə > Siyasət, Manşet > QARABAĞDA MÜHARİBƏ BAŞLAYA BİLƏR

QARABAĞDA MÜHARİBƏ BAŞLAYA BİLƏR


3-05-2012, 12:20
QARABAĞDA MÜHARİBƏ BAŞLAYA BİLƏR

ERMƏNİ MƏTBUATI BÖYÜK TƏLAŞ İÇİNDƏDİR: RƏSMİ İRƏVAN İSƏ SUSUR

DİA.AZ: Ermənistanın məşhur «armeniantribun» xəbər portalında çox ilginc bir məlumat yer alıb. Xəbərdə bildirilir ki, son günlər rəsmi İrəvan ciddi rejimdə fəaliyyətə keçib və Ermənistan ordusunun bütün silahlı birləşmələri ani hazırlıq vəziyyətinə gətirilməsi üçün əlavə tədbirlər görülməkdədir.

DİA.AZ-ın erməni mətbuatından əldə etdiyi bilgilərə görə, bütün bu səbəbləri araşdıran ermənistan jurnalistləri rəsmi dairələrin susması qarşısında öz versiyalarını ürətməyə başlayıblar ki, bu zaman da Azərbaycanın iyun ayında hərbi əməliyyatları başlaya bilməsi ehtimalları üzərində dayanılıb.

Erməni mətbuatı yazır: «Son zamanlar Azərbaycan ordusu çox güclü şəkildə inkişaf edir. Bu gün Bakının əlində hətta İrəvanın külünü göyə sovura biləcək silahlar da var. Bundan əlavə, yəhudilər və dünya yəhudi təşkilatları da rəsmi Bakıya hər türlü yardımları edirlər. Hətta beynəlxalq qurumların hərbi əməliyyatların başlamasına qoyduqları qadağalar belə yəhudi lobbisinin əlində bir göz qırpımı ilə əriyə biləcək bir divardır».

Daha sonra düşmən mətbuat bildirir ki, Azərbaycanın bu şəkildə silahlanması heç də normal hal deyil: «Silah alınırsa, deməli, tədarük görülür. İrəvan hakimiyyəti isə yatır və boş mənasız xarici siyasət strategiyası ilə yalnız zəhlətökənlik etməklə məşğuldur. «Erməni soyqırımını» tanıtdırma üzərində qurulan xarici siyasət yalnız çərənçiliyə bənzəyir. Azərbaycan isə artıq öz dostlarını və düşmənlərini müəyyən edib. Serj Sarkisyan batmaqda olan İranın ətəyindən yapışdığı təqdirdə, İlham Əliyev bütün dünyanı yönəldən yəhudilərlə işbirliyindədir».

Bütün bu arqumentlərin ardından erməni mətbuatı bildirir ki, Azərbaycan iyun ayında hərbi əməliyyatları bərpa edəcək: «Azərbaycanın ildırım sürətli müharibə planı var və 10 günün içində Qarabağı ələ keçirmək gücləri də var».

Geri qayıt