Əsas Səhifə > Ölkə > ELDAR ƏZİZOVUN “VORZAKON” DOSTU BƏRAƏT İSTƏYİR

ELDAR ƏZİZOVUN “VORZAKON” DOSTU BƏRAƏT İSTƏYİR


2-05-2012, 18:36
ELDAR ƏZİZOVUN “VORZAKON” DOSTU BƏRAƏT İSTƏYİR

O, BAŞÇIYA BAHALI HƏDİYYƏLƏR EDİB

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda səs-küylü qətllər və digər ağır cinayətlər törətməkdə təqsirləndirilərək həbs olunan Şöhrət Quliyevin başçılıq etdiyi mütəşəkkil dəstə üzvlərinin apellyasiya şikayətinə baxılıb. Bu barədə məhkəmədən məlumat verilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxslər çıxış edib. Dəstə başçısı Şöhrət Quliyev və dəstə üzvləri müdafiə çıxışları edərək bəraət istəyib. Onlar hadisədə heç bir günahlarının olmadığını bildirib və hakimdən bəraət hökmü çıxarmağı tələb ediblər. Proses mayın 3-nə təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şöhrət Quliyev, Mehman Qəhrəmanov və Anar Həsənov ömürlük, İlham Şabanov 15 il, Səxavət Xudiyev 13 il 6 ay, Xəzər Kazımov 2 il, Məharət İsmayılov 2 il, Rabit Abdinov 2 il müddətinə azadlıqdan məhrum olunub. Bilal Verdiyev, Elim Şahmuradov, Nuru Atayev və İlahibə Ələsgərovun barəsində olan cinayət işinə isə xitam verilib. Dəstə üzvləri qətllər və digər ağır cinayətlərdə təqsirləndirilir.

Məlumata görə, Gəncədə fəaliyyət göstərən cinayətkar dəstənin Gəncə şəhərinin o vaxtkı icra başçısı, hazırda Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovla da əlaqəsi olub və dəstə başçısının o vaxt Gəncə şəhər İcra Hakimiyyətinə bir neçə “BMW“ markalı avtomobillər hədiyyə edib. / “OLAYLAR” /


Geri qayıt