Əsas Səhifə > Cəmiyyət, Manşet > MÜBARİZ AĞAYEV DƏ QUBANI QARIŞDIRIB

MÜBARİZ AĞAYEV DƏ QUBANI QARIŞDIRIB


2-05-2012, 17:32
MÜBARİZ AĞAYEV DƏ QUBANI QARIŞDIRIB

YENİ İCRA BAŞÇISI: «MƏN SİZƏ RAUF DEYİLƏM HA»…

DİA.AZ: - 1 Mart hadisələri ilə Qubanın devrilmiş icra başçısı Rauf Həbibovun yerinə təyin edilən Mingəçevirin sabiq icra hakimiyyəti başçısı Mübariz Ağayev də qubalıları qəzəbləndirmə mərhələsinə qədəm qoyub. Bu barədə DİA.AZ-a məlumatı rayondakı qaynaqlar verib.

Mənbə bildirir ki, keçən həftə bir qrup Quba sakini yaşadıqları problemlərlə bağlı başçının qəbuluna düşmək istəyiblər: «Bu zaman başçı kabinetində olmayıb və qəbula düşmək istəyən sakinlərin yanından keçərək otağına daxil olub. Mübariz Ağayevin yanından keçdiyini görən şikaytəçilərdən biri ona söz demək istəsə də, nədənsə başçı bunu əsəbi şəkildə qarşılayıb».

Məlumatda deyilir ki, başçının sərt reaksiyası digər şikaytəçiləri də əsəbiləşdirib: «Çünki qəbul saatı olmasına baxmayaraq Mübariz Ağayevi sakinlər 3 saat gözləməli olublar. Və narazılıq düşəndə başçı şikaytəçilərə «bura baxın, mən sizə Rauf deyiləm ki, nazınızı çəkəm, siz də mənə torba tikəsiniz, ağlınızı başınıza yığın».

Artıq bu olayın rayonda ildırım sürətilə yayıldığını bildirən mənbəmiz vurğuladı ki, qubalılar artıq ilk günlərdən Rauf Həbibovun həsrətini çəkməyə başlayıblar. Belə yerdə deyirlər, sonra gələn əvvəlkinin atasına rəhmət oxutdurur…


Geri qayıt