Əsas Səhifə > Cəmiyyət > VÜQAR RƏHİMZADƏDƏN ƏLİ HƏSƏNOVA XƏFİF BADALAQ

VÜQAR RƏHİMZADƏDƏN ƏLİ HƏSƏNOVA XƏFİF BADALAQ


2-05-2012, 17:05
VÜQAR RƏHİMZADƏDƏN ƏLİ HƏSƏNOVA XƏFİF BADALAQ

“KİFAYƏT QƏDƏR KÖŞKLƏR VAR Kİ”...

Paytaxt ərazisindəki qəzet köşklərində qəzetlərlə yanaşı, müxtəlif mallar da satılır ki, bu qadağan deyil. Problem ondadır ki, qəzet köşklərinin bəzilərində qəzetdən çox başqa mallar satılır. Azərbaycan Mətbuat Şurasında qəzetlərin yayımı ilə bağlı yaradılmış İşçi Qrupu yayımla bağlı Şuraya daxil olan müraciətləri araşdırır.

Qrupun üzvü-"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "OLAYLAR"a eksklüziv olaraq bildirib ki, hazırda qəzetlərin yayımı ilə bağlı monitorinqlər aparılır. Baş redaktor hələ araşdırmaların nəticələri barəsində söz deməyin tez olduğunu və hazırda bu məsələ ilə bağlı müşahidələrin aparıldığını bildirdi.

V.Rəhimzadənin sözlərinə görə, fikir söyləmək üçün zamana ehtiyac var: "Elə olur ki, dünən köşkdə satılan qəzet ertəsi gün olmur. Belə hallarla bağlı bizə müraciət daxil olur. Düşünmürəm ki, köşklər qəzet satmır. Bu işi məsuliyyətlə həyata keçirən kifayət qədər köşklərimiz var. Ola bilsin ki, sırf texniki səbəbdən qüsurlu fəaliyyət göstərən köşklər var. Belə halları aşkarlamaq üçün də monitorinq aparılır". V.Rəhimzadə monitorinqlərin nə vaxt başa çatdırılacağının məlum olmadığını bildirdi.

DİA.AZ olaraq bildiririk ki, əslində qəzetdən başqa hətta spirtli içkilərin belə birbaşa olaraq Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova bağlı olan yeni “Press Köşk”lərdə satılması faktı var. Görünür Vüqar rəhimzadə bu məsələnin üzərinə yeriməkdən ehtiyat edir ki, belə xəfif reaksiya verməli olur.


Geri qayıt