Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > BENZİNİN QİYMƏTİNİ QALDIRMAQ İSTƏYİBLƏR

BENZİNİN QİYMƏTİNİ QALDIRMAQ İSTƏYİBLƏR


2-05-2012, 16:16
BENZİNİN QİYMƏTİNİ QALDIRMAQ İSTƏYİBLƏR

AMMA YARANACAQ AJİOTAJ HAKİMİYYƏTİ DURMAĞA VADAR EDİB

DİA.AZ: - Artıq neçə gündür ki, paytaxtdakı yanacaqdoldurma məntəqələrində böyük tıxaclar yaranmağa başlayıb. Əməkdaşlarımızın bir neçə YDM işçisi ilə apardığı söhbətlərdən belə aydın olub ki, yaranan tıxaclara səbəb yenə də benzinin qiymətinin bahalaşması ilə bağlı gəzən şaiyələrdir.

Xatırladaq ki, bir neçə dəfə belə bir süni ajiotaj yaransa da, yanacağın qiymətində dəyişiklik edilmədi. Bununla bağlı apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, amma bu dəfə yaranmış səs-küyün arxasında ciddi bir narahatverici məqam var.

Məlumatlı mənbənin DİA.AZ-a söylədiyinə görə, həqiqətən də hökumət benzinin qiymətini qaldırmağa hazırlaşır və bununla bağlı müvafiq hazırlıqların aparılması üçün həm Prezident Administrasiyasına və həm də Nazirlər Kabinetinə müvafiq göstərişlər verilib.

Mənbəmiz bildirir ki, hətta benzinin qiyməti 1 may tarixindən etibarən qaldırılmalı imiş: «Amma Tarif Şurasına bu qərarı açıqlamağa imkan vermədilər. Hər halda, «Avroviziya» ərəfəsində benzinin bahalaşması paralel olaraq digər sahələrdə də bahalaşma yaradacaqdı ki, bunun da rezonansının ağırlığına heç bir hakimiyyət dözə bilməzdi. Hər halda, kütləvi narazılıqları asanlıqla proqnozlaşdırmaq mümkündür».

Məhz bu səbəbdən bəzi oyanıq sürücülərin benzin ehtiyatı gördüyünü bildirən mənbəmiz söylədi ki, hətta bu halda belə kimsə bahalaşmadan sığortalanmış olmur: «Depolara bir-iki günün ehtiyatı yığıla bilər». Mənbəmiz onu da bildirdi ki, benzinin qiymətinin qaldırılması ideyası hələ də aktuallığını itirməyib: «Qərarın nə zaman elan olunacağını gözləməliyik».


Geri qayıt