Əsas Səhifə > Cəmiyyət > CİNAYƏT İŞİ AÇILDI

CİNAYƏT İŞİ AÇILDI


12-10-2011, 15:28
CİNAYƏT İŞİ AÇILDI

SAXTA TƏLƏB BİLETİ SATANLARA

Azərbaycanın Cəlilabad rayonunda saxta tələbə biletlərinin hazırlanması faktı aşkarlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, bu il iyunun 14-də Cəlilabad rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən rayonun Sabirabad kənd sakini Əsgərağa Sadatovun həmkəndlisi Ruslan İmanovun və Cəlilabad şəhər sakini Zaur Abdullayevin etimadlarını qazanaraq kollecə qəbul etdirəcəyi adı ilə onlara saxta tələbə bileti verməsi və müvafiq olaraq onlardan 1500 və 2000 manat pul alması müəyyən edilib. Faktla əlaqədar Cəlilabad RPŞ-də cinayət işi başlanıb.


Geri qayıt