Əsas Səhifə > Hadisə > BAKIDA DƏHŞƏTLİ PARTLAYIŞ

BAKIDA DƏHŞƏTLİ PARTLAYIŞ


2-05-2012, 14:11
BAKIDA DƏHŞƏTLİ PARTLAYIŞ

SABUNÇUDA EV DAĞILDI, EV SAHİBƏSİ HƏLAK OLDU

Bakıda yaşayış evində ev sahibinin ölümü ilə nəticələnən partlayış baş verib. Bu barədə Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.

Qəsəbə sakini Rəhilə Quliyevanın evində təbii qazdan istifadə edərkən partlayış olub. Partlayış qaz sızmasından yaranıb və nəticədə ev sahibi olan qadın ağır xəsarətlər alıb. Yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən ev sahibəsi mayın 1-də dünyasını dəyişib. / “OLAYLAR” /


Geri qayıt