Əsas Səhifə > Hadisə, Manşet > KEÇMİŞ İCRA BAŞÇISI İSTİNTAQA ÇAĞRILIR

KEÇMİŞ İCRA BAŞÇISI İSTİNTAQA ÇAĞRILIR


2-05-2012, 13:57
KEÇMİŞ İCRA BAŞÇISI İSTİNTAQA ÇAĞRILIR

RAUF HƏBİBOV HƏLƏLİK ŞAHİD QİSMİNDƏ DİNDİRİLİR, SONRASI BƏLİ DEYİL

DİA.AZ: - Qubada baş verən olayların üzərindən iki aydan da çox vaxtın keçməsinə baxmayaraq, hələ də sözügedən hadisələrin səs-küyü kəsilməyib. Məlumat üçün bildirək ki, artıq bu olaylar ətrafında qalmaqallı xəbərlər də yayılmağa başlayıb, fürsətcil qüvvələr öz rəqiblərini hədəfə çevirə bilmələri üçün hətta mətbuata dolaşıq xəbərlər də ötürməkdədirlər.

Bu barədə redaksiyamıza məlumat verən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, əslində proseslərdə əsas maraqlı tərəf elə devrilən icra başçısı Rauf Həbibovun özüdür. Mənbənin DİA.AZ-a söylədikləri: «Rauf Həbibov bu gün qisas yanğısı ilə ciddi şəkildə hərəkətə keçib və hətta deputat Vahid Əhmədovu özünün devrilməsində əsas tərəf kimi qəbul edərək ona qarşı kampaniyaya da başlayıb. Maraqlı orasıdır ki, devrilmiş icra başçısı müxtəlif yollarla hazırda Qubada baş verən hadisələri araşdıran istintaq qrupunu da yanlış istiqamətə sövq etməyə çalışır. Hətta belə bir xəbər də var ki, hazırda Quba işi ilə bağlı həbsdə saxlanılan şəxslərdən birinin vəkili ilə anlaşan Rauf Həbibov vəkili müdafiə etdiyi şəxsə «bunları belə de» şəklində ismarıc göndərməyə də razı sala bilib. Bunun qarşılığında isə təbii ki, külli miqdarda pul vədi olunub».

Ənbəmizin bilgirdiklərindən o da aydın olur ki, amma buna baxmayaraq, Rauf Həbibov hələ də 1 Mart gərginliyindən yaxasını qurtara bilməyib: «Hakimiyyət dəhlizlərində gəzən söhbətlərə görə, dvrilmiş icra başçısının özünün istntaq orqanları tərəfindən dindirilməsi zərurəti yaranıb. Hələlik şahid qismində dindiriləcək başçının, sonradan ittiham olunan tərəfə çevrilməsi ehtimalları isə olduqca yüksəkdir».

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt