Əsas Səhifə > Ölkə > AD DƏYİŞSƏ, NƏ OLACAQ Kİ?

AD DƏYİŞSƏ, NƏ OLACAQ Kİ?


12-10-2011, 15:25
AD DƏYİŞSƏ, NƏ OLACAQ Kİ?

REKTOR DA NAZİRLİYİN ADINININ DƏYİŞDİRİLMƏSİNİ İSTƏYİR

Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov Təhsil Nazirliyinin adının Elm və Təhsil Nazirliyinə dəyişdirilməsinə tərəfdardır. Bununla bağlı jurnalistlərin sualını cavablandıran rektor deyib ki, dünya təcrübəsində elm və təhsil bir qurumdan idarə olunu və müasir ölkələrin çoxu bu dəyişikliyə gedib:

“Təhsil sistemində 1200-dən çox elmlər doktoru və professor var. 1200 nəfər böyük potensialdır, bunu kənara qoymaq olmaz. Bəli, Elmlər Akademiyası elm sahəsində böyük işlər aparır, lakin elm sahəsinin inkişafı üçün, ölkədə Elm və Təhsil Nazirliyi olmalıdır. Bununla da, ali təhsil müəssisələrindəki müəllimlər ilk növbədə fikirləşməlidirlər ki, onlar yalnız təhsillə yox, həm də elmlə məşğuldurlar”.

Təhsil nazirinin müavini Qulu Novruzov isə bir neçə gün öncə mətbuata açıqlamasında “Təhsil Nazirliyinin adının dəyişdirilməsinə heç bir ehtiyac yoxdur” deyə bildirmişdi.
Onun sözlərinə görə, Azərbaycanda bəzi ölkələrdən fərqli olaraq, Milli Elmlər Akademiyası fəaliyyət göstərir: “Akademiya ləğv olunarsa, universitetlərə birləşdirilərsə, belə bir adın qoyulması mümkün ola bilər".


Geri qayıt