Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTİ ÇƏTİN GÜNLƏR GÖZLƏYİR

HAKİMİYYƏTİ ÇƏTİN GÜNLƏR GÖZLƏYİR


2-05-2012, 12:41
HAKİMİYYƏTİ ÇƏTİN GÜNLƏR GÖZLƏYİR

QƏRBƏ ARTAN DÜŞMƏNÇİLİK YAP İQTİDARINA YAXŞI HEÇ NƏ VƏD ETMİR

DİA.AZ: - Hakimiyyətin son zamanlar Qərblə münasibətlərinin pozulması iqtidar daxilində növbəti çalxalanma yaradıb. Bu barədə DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki mənbənin sözlərinə görə, hətta mətbuata verdikləri açıqlamalarından da hakim çevrələrin keçirdiyi təlaşı duymaq mümkündür.

Hər halda, əgər bu gün hansısa Azərbaycan hakimiyyətinin nümayəndəsi «əgər Qərb bizi sıxacaqsa, biz də alternativ ittifaqlarla əməkdaşlıq məsələsinə baxacağıq, artıq bizə təkliflər də edilir» şəklində açıqlamalar verirsə, demək, vəziyyət həqiqətən də gərgindir.

Mənbənin bildirdiyinə görə, əslində rəsmi Bakının işarə etdiyi «alternativ ittifaq» Rusiya-İran-Çin birliyidir ki, hər zaman YAP iqtidarı bu yolla öz aləmində Qərbə təzyiqlər etməyə çalışıb: «Halbuki artıq Qərbin Cənubi Qafqaz regionu ilə bağlı planlarının və siyasətinin açıq müstəviyə keçdiyi bir məqamda belə bir şantajın heç də rəsmi Bakı üçün əlverişli mühitin yaranmasına nədən olmayacağını hər kəs yaxşı başa düşür. Amma Rusiya asıllığı altında olan azərbaycanlı polittexnoloqlar elə zənn edirlər ki, Qərb belə bir təhdidin qarşısında yumşalacaq».

«Rəsmi Bakı anlamılıdır ki, onun bu gün gücünü ehtiva edən neftdirsə, həmin neftin alıcısı da Qərbdir» deyən qaynağa örə, əgər münasibətlər hazırki müstəvidən çıxmazsa, o zaman YAP iqtidarını daha acınacaqlı vəziyyət gözləməkdədir: «Qarşıdan prezident seçkiləri gəlir. Hər halda, bütün beynəlxalq müşahidə missiyalarını boykot edib, seçkilərin izlənməsini MDB DTİHB-ə həvalə edilməsi də doğru deyil. Və əgər belə bir addımın atılması zərurəti yaranana qədər Qərblə «soyuq müharibə» davam etdirilsə, bu, Azərbaycanda hakimiyyət dəyişikliyi ilə də nəticələnə bilər».

Xatırladaq ki, Pənah Hüseyn bir zamanlar mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, Azərbaycanda hakimiyyətə gəlmək üçün 9 dövlətin razılığı olmalıdır. Bunu xatırladan mənbəmiz vurğulayır ki, hər halda Rusiya ilə İran həmin dövlətlərin ikisi olsa belə, yerdə qalan 7-ni narazı salan YAP iqtidarı çox ciddi çətinliklərə düçar olacaq: «İranla da YAP iqtidarının münasibətləri normal deyil. Hətta Kremldən asılılıq da bu münasibətləri axarına sala bilmir. Odur ki, indiki aspektdən 2013-cü il seçkilərinin gərginliyini asanlıqla proqnozlaşdırmaq olar».


Geri qayıt