Əsas Səhifə > Hadisə > TƏHSİL NAZİRLİYİ İTİRƏ-İTİRƏ GEDİR

TƏHSİL NAZİRLİYİ İTİRƏ-İTİRƏ GEDİR


2-05-2012, 12:07
TƏHSİL NAZİRLİYİ İTİRƏ-İTİRƏ GEDİR

DAHA İKİ KOLLEC NAZİRLİKDƏN ALINDI

Azərbaycan Nazirlər Kabineti (NK) Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edib.

APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, bununla da Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilib. Qərar "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci bəndinə əsasən və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifi nəzərə alınmaqla qəbul edilib.

Qərara əsasən, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinin 7-ci və 8-ci hissələri ləğv edilib.

Geri qayıt