Əsas Səhifə > Hadisə > SAHİBKAR HƏBS EDİLDİ

SAHİBKAR HƏBS EDİLDİ


12-10-2011, 12:48
SAHİBKAR HƏBS EDİLDİ

ONUN ƏVVƏLLƏR AXTARIŞDA OLDUĞU BİLDİRİLİR

Onun külli miqdarda dələduzluq etdiyi bildirilir.

Axtarışda olan sahibkar həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu, Tofiq Mirzəcan oğlu Abdullayevdir. T.Abdullayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə axtarışda olub. Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən T. Abdullayev Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də yaxalanıb.

T.Abdullayevin fərdi sahibkarlıqla məşğul olduğu deyilir.


Geri qayıt