Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: TURİSTLƏR ÜÇÜN KAZİNO YARADILIR

ŞOK: TURİSTLƏR ÜÇÜN KAZİNO YARADILIR


1-05-2012, 16:26
ŞOK: TURİSTLƏR ÜÇÜN KAZİNO YARADILIR

MİLLİ PARK ƏRAZİSİNDƏKİ OBYEKTLƏRİN BİRİ QUMARXANA OLACAQ

DİA.AZ: - Hələ mərhum prezident Heydər Əliyevin hakimiyyət dönəmində Azərbaycanda kazionların fəaliyyətinə qadağa qoyuldu. Doğrudur, bu qərar həmin ərəfədə yerli mətbuatda müxtəlif istiqamətlərə yozulsa da, əslində cəmiyyət üçün olduqca mütərəqqi bir addım idi. Və bu gün aşkarlanan qeyri-qanuni qumarxanalarla bağlı açıqlanan faktlar da təsdiqləyir ki, atılan addım doğru imiş. Hər halda, qumar borcuna görə evini, maşınını satmaq zorunda qalanlara davamlı olaraq şahidlik etməkdəyik…

Amma deyəsən, hakimiyyət kazionlarla bağlı qadağanı müəyyən mənada aradan qaldırmaq niyyətindədir. Bu barədə Nazirlər Kabinetindəki məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, Milli Park ərazisindəki iaşə obyektlərindən birinin kazino kimi fəaliyyəti planlaşdırılır.

Mənbəmizə görə, bu addım «Avroviziya-2012» mahnı müsabiqəsi ilə əlaqədar Bakıya gəlməyə hazırlaşan turistlər üçün nəzərdə tutulub: «Hər halda, Bakı gələcək turistlərin bütün maraqlarını nəzərə almağa hazırlaşır. Əcnəbilərin isə kazionlara böyük marağının olması faktdır».

Gələn məlumatlarda o da bildirilir ki, Bakıda fəaliyyət göstərəcək kazino müvəqqəti xarakter daşıyacaq: «Sırf olaraq turistlər üçün nəzərdə tutulan və yalnız turistlərin içəri buraxılacağı kazinonun fəaliyyətinə yarışma bitdikdən sonra da son qoyulacaq. Artıq Quzey Kıbrıs Türk Cümhuriyyətindən məşhur kazino çalışanlarının bəziləri də Bakıya dəvət edilib və onlar kazinoda quruculuq işləri ilə məşğuldurlar».

Mənbəmiz onu da əlavə etdi ki, Azərbaycan məmurlarının qumara olan həvəsi hər kəsə bəlli olduğundan, turistlərin kazinosunda onların da masa arxasında qərar tutacağı heç şübhəsizdir.

Geri qayıt