Əsas Səhifə > Partiya > “ANA VƏTƏN”Çİ DEPUTATDAN İLGİNC TƏKLİF

“ANA VƏTƏN”Çİ DEPUTATDAN İLGİNC TƏKLİF


1-05-2012, 13:35
“ANA VƏTƏN”Çİ DEPUTATDAN İLGİNC TƏKLİF

“ŞUŞA AZƏRBAYCANININ İKİNCİ PAYTAXTI ELAN OLUNSUN”

Milli Məclisin 1 may iclasında danışan Ana Vətən Partiyasından deputat Zahid Oruc Şuşanın Azərbaycanın ikinci paytaxtı elan edilməsini təklif edib: “Biz beynəlxalq reallıqları bilməli və qiymətləndirməliyik. Azərbaycanın Əfqanıstan, Zimbabve yerinə qoyulmasına çox acıyıram. Ölkə daxilində bəziləri də bununla iqtidara gəlmək üçün özlərinə yol açdıqlarını düşünürlər. Bəziləri istəyirlər ki, Azərbaycan anti-İran blokuna qoşulsun, anti-Rusiya mövqeyindən çıxış etsin. Məqsəd kəşf edilən qaz yataqları ilə bağlı Qərbin maraqlarına uyğun müqavilələrin imzalanmasına nail olmaqdır.

Azərbaycanın müharibə aparmaq üçün 45 milyard dolları var. Azərbaycanın əlindən bu şansı almaq istəyirlər. Hakimiyyətə gəlmək barədə düşünən bəzi şəxslər başa düşməlidirlər ki, xalq məğlub olanda onlar da məğlub olacaqlar. Şuşa dərdini də ümummilli miqyasda daşımalıyıq”.


Geri qayıt