Əsas Səhifə > Ölkə > ALMANİYA SƏFİRİNDƏN YAP İQTİDARINA ALTERNATİV

ALMANİYA SƏFİRİNDƏN YAP İQTİDARINA ALTERNATİV


1-05-2012, 13:30
ALMANİYA SƏFİRİNDƏN YAP İQTİDARINA ALTERNATİV

O, EVİNDƏ “EUROVİSİON” TƏŞKİL EDİR

Mayın 23-də Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle şəxsi rezidansında alternativ “Eurovision” şou təşkil edəcək.

Bu barədə Gunxeber.com-a daxil olan məlumata görə, səfirin evində təşkil ediləcək konsertin təşkilatçılığını gənclər həyata keçirir. Səfir Herbert Kvelle isə bu konsert proqramına evini açır.

Xatırladaq ki, “Eurovision-2012” mahnı müsabiqəsi mayın 15-də başlayacaq.
Onu da bildirək ki, son aylarda Almaniya-Azərbaycan münasibətləri özünün tarixdəki ən gərgin dövrlərini yaşayır.

Arxada qalan günlərdə hakim Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzeti Almaniyanı sərt şəkildə tənqid edən ardıcılı məqalələr dərc etmiş, Almaniyanın ölkəmizdəki səfiri isə buna cavab olaraq, bəyanat yaymışdı.

Alman səfirin “Eurovision”un gedişi ərəfəsində evində bu cür alternativ şou təşkil etməsinin iki ölkə arasında onsuzda gərgin olan münasibətləri daha da tarıma çəkəcəyini ehtimal etmək olar.


Geri qayıt