Əsas Səhifə > Cəmiyyət > İKİ NƏFƏR ÇAYDA BOĞULUB

İKİ NƏFƏR ÇAYDA BOĞULUB


1-05-2012, 13:12
İKİ NƏFƏR ÇAYDA BOĞULUB

BİRİ DAŞKƏSƏNDƏ, DİGƏRİ GƏNCƏDƏ

Gəncə çayında 19 yaşlı oğlan boğulub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Gəncə çayının Göygöl şəhəri ərazisindən keçən hissəsində 1993-cü il təvəllüdlü Əyyubov Toğrul Eyvaz oğlu batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. T. Əyyubovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Başqa bir məlumatda da deyilir ki, Daşkəsən rayon sakini çayda boğulub. Hadisə aprelin 30-da Gəncə çayının Göygöl rayonunun ərazisindən keçən hissəsində baş verib. Daşkəsən rayon sakini Toğrul Eyyubov çayda çimərkən suda boğulub. T.Eyyubovun sudan çıxarılması üçün tədbirlər görülür.


Geri qayıt