Əsas Səhifə > Hadisə > BAKIDA POLİSİ ÖLÜMCÜL BIÇAQLADILAR

BAKIDA POLİSİ ÖLÜMCÜL BIÇAQLADILAR


1-05-2012, 11:48
BAKIDA POLİSİ ÖLÜMCÜL BIÇAQLADILAR

HADİSƏ “MİSİR QƏLYANI”NDA BAŞ VERİB

Bakıda polis əməkdaşı bıçaqlanıb.

Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Hadisə Bakıxanov qəsəbəsində yerləşən “Misir Qəlyanı” çay evində qeydə alınıb. Adları istintaqa məlum olmayan şəxslər polis serjantı Elnur Ramiz oğlu Rəhimovu bıçaqlayıblar. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Geri qayıt