Əsas Səhifə > Partiya > MÜXALİFƏT HACIBALA ABUTALIBOVA MÜRACİƏT ETDİ

MÜXALİFƏT HACIBALA ABUTALIBOVA MÜRACİƏT ETDİ


30-04-2012, 17:33
MÜXALİFƏT HACIBALA ABUTALIBOVA MÜRACİƏT ETDİ

6 MAY MİTİNQİ İLƏ BAĞLI

İctimai Palata (İP) mayın 6-da keçirəcəyi yürüş-mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu barədə APA-ya Müsavat Partiyasından məlumat verilib.

Müraciətdə İcra Hakimiyyətinə yürüş-mitinqin keçirilməsi üçün 3 marşrut təklif olunub. İP yürüş mitinq-keçirmək üçün Binəqədi rayonu 7-ci mikrorayon İnqilab kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə “Dərnəgül” metro stansiyasının qarşısınadək yürüş-mitinq, “Sarı gəlin” şadlıq sarayının yaxınlığından Təbriz kinoteatrınadək yürüş-mitinq və ya Əliyarbəyov küçəsindən Nərimanov parkınadək yürüş-mitinq keçirilməsi üçün adıçəkilən yerlərdən birinin ayrılmasını istəyib.

Qeyd edək ki, İP aprelin 8 və 22-də Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirib.

Geri qayıt