Əsas Səhifə > Güney Press, Araşdırma > OMBUDSMAN QUBA DUSTAQLARINI ZİYARƏT EDİB

OMBUDSMAN QUBA DUSTAQLARINI ZİYARƏT EDİB


30-04-2012, 16:15
OMBUDSMAN QUBA DUSTAQLARINI ZİYARƏT EDİB

VƏ ONLAR GUYA ŞİKAYƏT ETMƏYİBLƏR...

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) olub, orada saxlanılan 11 nəfər təqsirləndirilən şəxslə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin şəxslərdən Zaur Quliyev istintaq təcridxanasında saxlanma şəraitindən və müəssisə əməkdaşlarının ona qarşı rəftarından narazılıq etməsə də, ilkin tutulma zamanı psixoloji təzyiqə məruz qaldığını və səhhətində (mədəsində) problemlərin olduğunu bildirib.

Habelə Vüqar Qonaqov, Mənsur Yolçuyev, Cavid Hacıyev, Əlizadə Əliyev və digərləri ilə görüş zamanı onlar müəssisədəki şəraitdən və rəftardan şikayət etməyiblər.

Yekunda müəssisə rəhbərliyinə və BİT-in tibb hissəsinin həkimlərinə müvafiq tövsiyələr verilib.

Geri qayıt