Əsas Səhifə > Güney Press, Araşdırma > OQTAY GÜLALIYEV İFADƏ VERMƏKDƏN İMTİNA EDİR

OQTAY GÜLALIYEV İFADƏ VERMƏKDƏN İMTİNA EDİR


30-04-2012, 15:20
OQTAY GÜLALIYEV İFADƏ VERMƏKDƏN İMTİNA EDİR

O, SABİRABAD POLİSİNİ QƏRƏZLİ HESAB EDİR

Həbsdə olan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev Sabirabad rayon polisinə ifadə verməkdən imtina edib.

Aprelin 8-də uydurma ittihamla həbs olunmuş O.Gülalıyev yerli polisi qərəzli hesab edir.

Vəkil Yalçın İmanov Turan-a bildirib ki, Sabirabad polisində zorakılığa məruz qalan O.Gülalıyev DİN-in istənilən qurumuna ifadə verməyə hazırdır.

Qeyd edək ki, hazırda O.Gülalyev Şüvəlan təcridxanasında saxlanılr. Ona qarşı CM-in 220.2-ci (hakimiyyət nümayəndəsinin tələblərinə tabe olmamaq və kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırış) maddəsi ilə cinayət işi qaldırılıb. Bu maddə 3 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xatırladaq ki, O.Gülalıyev 2010-cu ildə baş vermiş sel daşqınlarının əhatə etdiyi ərazilərdə adamların rastlaşdıqları problemlərin monitorinqini aparan “Kür” qərargahı tərkibində fəaliyyət göstərib. Monitorinqlər fəlakətlə bağlı vətəndaşlara ayrılan maliyyə vəsaitlərinin mənimsənilməsi və digər kimi neqativləri üzə çıxarıb, əhaliyə hüquqi və maarifləndirici yardım göstərib.

Hüquq müdafiəçilərinin qorunması üzrə observatoriya (müşahidə) - insan hüquqları üzrə Beynəlxalq Federasiya və Ümumdünya İşgəncələr Əleyhinə Təşkilatın birgə proqramı O.Gülalıyevin dərhal azadlığa buraxılmasını, zorakılıq faktlarını araşdırılmasını və günahkarların cəzalandırılmasıın tələb edib.


Geri qayıt