Əsas Səhifə > Cəmiyyət > “BAKCELL” İRANA QARŞI

“BAKCELL” İRANA QARŞI


30-04-2012, 13:36
“BAKCELL” İRANA QARŞI

FARS XÜSUSİ XİDMƏT ORQANLARI NECƏ ZƏRƏRSİZLƏŞDİRİLİR?

Bir müddət əvvəl GUNDEMİNFO.AZ-a Bakcell abunəçilərindən biri müraciət edərək balansından 10 manatlıq danışığın silinməsi ilə bağlı şikayət etmişdi. Şikayətçi yazırdı ki, cəbhə bölgəsində, Füzuli rayonunda hərbi xidmətdə olan əsgər övladına baş çəkmək üçün gedən zaman Sumqayıtla əlaqə saxlamaq istəyib. Lakin telefon nömrəsi Sumqayıt olsa da qarşı tərəfdən dəstəyi götürən İran İslam Respublikasının vətəndaşı olub. Bu zaman abunəçi əlaqəni dayandırıb və məlum olub ki, balansdan 10 manatlıq danışıq silinib.

Baş vermiş bu hadisə ilə bağlı bizə ünvanlanan müraciəti, Bakcell şirkətinin İctimayyətlə Əlaqələr departamentinə yolladıq. Qurumda aparılan geniş araşdırmalar zamanı ortaya olduqca ilginc faktlar çıxıb.

Bakcell-dən gundeminfo.az –a daxil olan rəsmi cavabı olduğu kimi təqdim edirik:

“Məlum olub ki, ir mobil operatorun abunəçisi qonşu ölkə ilə sərhəd zonada yerləşən zaman onun mobil telefonu həmin ölkənin şəbəkəsini də dəstəkləyə bilər. Qeyd olunan şəxs Bakcell-in CİN abunəçisidir və CİN nomrədə roaminq xidməti avtomatik olaraq işləməyə başlayır. Abunəçinin yerləşdiyi ərazidə İranin MTN mobil operatorunun şəbəkəsi mövcud olub və abunəçinin telefonu avtomatik olaraq hər iki şəbəkəni dəstəkləyib (Qeyd edək ki, abunəçinin telefonunda onun hansı mobil operatorun şəbəkəsində olduğu göstərilir. Abunəçi istəmədiyi halda həmin şəbəkədən çıxa bilər). Abunəçi isə Bakcell-in yox, digər mobil operatorun şəbəkəsindən Camel roaminq xidməti vasitəsilə Sumqaytdakı ev telefonuna həm zəng vurub, həm də zəng qəbul edib”.

Marqlıdır ki, abunəçiyə dəymış ziyan elə ziyan olaraq da qalır. İran MTN-nin operatorunu ən azı neytrallaşdırmaq işi sadə mobil operatorunun işi olmasa da...


Geri qayıt