Əsas Səhifə > Dünya > TÜRKİYƏ TƏYYARƏSİ PALÇIĞA BATDI

TÜRKİYƏ TƏYYARƏSİ PALÇIĞA BATDI


30-04-2012, 13:00
TÜRKİYƏ TƏYYARƏSİ PALÇIĞA BATDI

FRANSIZLARDAN TÜRKƏ HEÇ XEYİR GƏLMİR

Türkiyə Hava Yollarına (THY) aid İstanbul – Paris reysi ilə hərəkət edən təyyarə Fransa hava limanında palçığa batdı.Hadisə Paris “Charles De Gaulle” (Şarl de Qoll) hava limanında baş verib.

Məlumata görə, yerli vaxtla saat 10.10-da İstanbul “Atatürk” hava limanından uçan “Airbus 321” təyyyarəsi günorta vaxtı 259 sərnişinlə problemsiz olaraq Paris “Charles De Gaulle” hava limanına enib. Daha sonra limanın dayanacağına doğru hərəkət edən təyyarə palçığa batıb. Böyük çətinliklərdən sonra batdığı yerdən çıxarılan təyyarənin səfəri ləğv olunub. Paris – İstanbul səfəri üçün başqa bir təyyarə təsis olunub


Geri qayıt