Əsas Səhifə > Dünya > UŞAQ BAYRAMI QARA GƏLDİ

UŞAQ BAYRAMI QARA GƏLDİ


30-04-2012, 12:57
UŞAQ BAYRAMI QARA GƏLDİ

MEKSİKADA TƏDBİRDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Meksikanın Qerrero ştatında uşaq bayramı ilə əlaqədar təşkil edilən festivalda kütləvi zəhərlənmə olub. Ştatın səhiyyə nazirliyindən verilən məlumata görə, 220-si azyaşlı olmaqla 229 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Uşaqların vəziyyətinin orta-ağır olduğu bildirilir. Rəsmilər zəhərlənməyə köhnə ərzaqların səbəb olduğunu qeyd ediblər. Polis məsələ ilə bağlı cinayət işi qaldırıb. Hadisənin təfərrüatı araşdırılır.


Geri qayıt