Əsas Səhifə > Ölkə > YARDIMLIDA HAKİMİYYƏT DAVASI
YARDIMLIDA HAKİMİYYƏT DAVASI30-04-2012, 12:42 |
YENİ BAŞÇI İLƏ MAHİR MİRZƏYEV ANLAŞA BİLƏCƏKMİ? Bir müddət bundan öncə Yardımlı rayon icra başçısının müavini Mahir Mirzəyevin qanunsuz və korrupsioner əməlləri barədə PİA.AZ-a daxil olan məlumatları işıqlandırmışdıq. Məlumatlarda bildirilirdi ki, Mahir Mirzəyev rayonda özünəməxsus idarəçilik sistemi yaradıb və ənənəvi olaraq rayondakı 30-dan artıq əsas vəzifələri öz yaxın qohumları arasında bölüşdürüb. Məlumat mediada işaqlandırılandan sonra Mahir Mirəzyevin bu məlumatları hansısa tanışları və “dostları” vasitəsilə yerindəcə təkzib etmək planlarının iflasa uğraması barədə də ilginc məlumatlar dərc etmişdik. Qeyd edək ki, icra başçısının müavinin əməlləri barədə mediada ilginc məlumatlar dərc olunduqdan sonra artıq Yardımlı sakinlərinin davranışlarında da bir canlanma hiss olunur. Neçə illərdir ki, Mahir Mirzəyevin əsarəti altında inləyən yardımlı camaatı artıq bu əsarəti öz üzərindən atmaq üçün hərəkətə keçib. Çünki rayon sakinləri dəfələrlə bildiriblər ki, Mahir Mirzəyevin oliqarx sitemi zaman-zaman onların istismar olunması sayısəndə möhkəmlənib. Ötən gün Yardımlı rayonunun bir qrup sakini yenidən PİA.Az-a müraciət edib. Onların müraciətində bildirilir ki, Mahir Mirzəyevin Yardımlıda at oynatması təkcə bu günün problemi deyil. Belə ki, Mahir Mirəzyev uzun illərdir ki, bu vəzifəyə təyin olunub. O, həmçinin uzun illər boyu YAP Yardımlı rayon təşkilatına rəhbərlik edir. Elə həmin vaxtlardan başlayraq Yardımlı rayonunda qohumbazlıq bir nömrəli problemə çevrilib və rüçvətxorluq ərşə dayanıb. Bildirilir ki, Yardımlı rayonunda baş alıb gedən qohumbazlıq Azərbaycanın heç bir bölgəsində yoxdur və demək olar ki, bir rayon tamamilə icra başçının müavinin əsarəti altına düşüb. Mənbə bildirir ki, Süleyman Mikayılovun Yardımlının icra başçısı olduğu dönəmdə Mahir Mirəzyevin “əl qolu” bağlansa da, ondan sonrakı icra başçısı Xəzər Aslanov Mirzəyevə qeyri-məhdud səlahiyyətlər verib. Bildirilir ki, Süleyman Mikayılovun dönəmində rayonda məşhur olan «Şəhriyar» şadlıq evi satışa çıxarılıb və Mirzəyev bu şadlıq evini əldə etmək üçün 200 000 AZN ortaya qoyub. Onun bu əməllərindən xəbər tutan Mikayılov bu məbləği haradan gətirdiyi barədə Mirzəyevi sorğuya çəkib. Nəticədə Mirzəyev ortaya qoyduğu 200 000 AZN-i itirib. Xəzər Aslanov isəmüavini ilə sıcaq münasibətdə olduğu üçün onun bütün qohumlarını himayə edib və imkan verib ki, müavini onları məsul vəzifələrə yerləşdirə bilsin. Hətta onun icrac başçısı ilə ailəvi dost olduğu bildirilir. Mənbə bildirir ki, Yardımlı rayonuna yeni təyin olunduğu zaman Xəzər Aslanov başçı üçün ayırılan evi bəyənmədiyi üçün bir müddət Mahir Mirzəyev başçını öz evində ağırlayıb. Həmin dönəmdə əlindən çıxan 200 000 manatın əvəzini ödəmək üçün Mahir Mirzəyev «Şəhriyar» şadlıq evinə əl qoyub. Xəzər Aslanovun zamanında Mahir Mirzəyev bir müddət həmin şadlıq evini çalışdırıb və bunula da Süleyian Mikayılovun qəzəbinə tuş gəlib. Amma Mahir Mirzəyev nə qədər çalışsa da şadlıq evinin sənədlərini əldə edə bilməyib. Böyük mübahisə obyektinə çevrilən «Şəhriyar» şadlıq 2011-ci ilin yanvarından bəri fəaliyyətini dayandırmağa məcbur olub. Bildirilir ki, Xəzər Aslanovun yerinə Sevindik Hatəmov təyinat aldıqdan sonra Mahir Mirzəyev bir az da fəallaşıb. Çünki X.Aslanov dostunu yeni icra başçısına möhkəmcə tapşırıb. Məlumatda o da qeyd olunur ki, yeni icra başçısı məmurlarla toplantı keçirərkən iclasda məlum şadlıq evi barədə replikalar səslənməyə başlayıb. Sevindik Hatəmov şadlıq evi məsələsi ilə maraqlanıb və uzun illərdir münaqişə obyektinə çevrilən şadlıq evinin sahibinin ortaya çıxmaması və Mirzəyevin öz prinsipinə sadiq qalaraq onu əldə etməsi cəhdləri müavini başçı ilə üz-üzə qoyub. Bundan sonra bu məlumatlar medaiada işıqlandırılmağa başlayıb və Mirzəyevin yeni başçısının dövründə vəzifəyə təsdiq olunması sual altına düşüb, onun vurulmasına start verilib. Mənbə bildirir ki, Mirzəyevin S.Hatəmova qarşı çıxması artıq Prezudent Adminstrasiyasında (PA) da birmənalı qarşılanmayıb. Bu səbəbdən onun yenidən icra başçısının müavini təsdiq olunması inandırıcı görünmür. Elə bu üzdəndə bildirilir ki, Mahir Mirzəyev ekstra tədbirlərə əl atıb. İcra başçısının müavini son prosesləri öz xeyrinə həll etmək üçün bələdiyyə sədrləri ilə gizli toplantı keçirib və bələdiyyə sədrlərinə rayonda narazılıqları şiddətləndirmək haqqında təlimat verib. Qeyd edək ki, Yardımlı bələdiyyələrinin əksəriyyəti uzun müddət YAP rayon təşkilatına rəhbərlik edən Mahir Mirzəyevə birbaşa bağlı olan adamlardan təşkil olunub. Son bələdiyyə seçkiləri zamanı tamamilə Mahir Mirzəyevin təsiri altında olan Xəzər Aslanov YAP rayon təşkilatının sədri olan müavininin bələdiyyələri asanlıqla ələ keçirməsinə göz yumub. Daxil olan məlumatda bildirilir ki, bələdiyyəyələrə yerləşdirdiyi kadrlarından dəstək almağa çalışan Mirzəyev onların vasitəsi ilə əhalini yeni icra başçısına qarşı qaldırmaq, ondan yuxarı dairələrə şikayət göndərməyi təşkil etmək niyyətindədir. Həmin iclasda hətta gərəkirsə, bir neçə kənddə Sevindik Hatəmovun əleyhinə «mini qiyamlar» təşkil etmək də planlaşdırılıb. Qeyd edək ki, daxil olan məlumatda icra başçısının bələdiyyələrə və icra nümayəndələrinə aylıq “tas” qoyması da xüsusi olaraq vurğulanır. Bu bardədə növbəti araşdırmalarımızda məlumat verəcəyik. Bizi izləyin. Geri qayıt |