Əsas Səhifə > Partiya > O NƏDİR Kİ, İQTİDARA OLAR, MÜXALİFƏTƏ OLMAZ?

O NƏDİR Kİ, İQTİDARA OLAR, MÜXALİFƏTƏ OLMAZ?


30-04-2012, 12:22
O NƏDİR Kİ, İQTİDARA OLAR, MÜXALİFƏTƏ OLMAZ?

"HƏR SEÇKİDƏ BU CÜR TƏZYİQLƏRLƏ ÜZLƏŞİRİK"

Yeni Azərbaycan Partiyası üzvləri bu yaxınlarda cəbhə bölgəsinə səfər ediblər. Artıq bu cür səfərlər neçənci dəfədir ki, baş verir. Eyni halda inkişaf etmiş ölkələrə xüsusilə qardaş Türkiyəyə nəzər salsaq görərik ki, həmin dövlətlərdə ölkə müxalifəti istənilən vaxt cəbhə bölgəsinə və ya hərbi hissələrə yollanaraq vətəndaşların və hərbçilərin durumu ilə maraqlanır. “Azərbaycan müxalifəti nəyə görə bu cür tədbirlər keçirmir?”

Mövzu ilə bağlı açıqlama verən Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu, bu cür tədbirlər keçirməməklərinin səbəbini hakimiyyətin təpkiləri ilə bağlı olduğunu bildirdi: “Müxalifətin hərbi hissələrdə həyat keçirmək istədiyi hər hansı bir görüş, iqtidar tərəfindən qadağan olunub. Hətta seçki kampaniyaları aparmaq istərkən də bu cür təzyiqlərlə üzləşirik.”

Hakimiyyətin faktiki olaraq bu cür görüşlərə qeyri-qanuni olaraq imkan vermədiyini qeyd edən başqan müavini, “əgər hərbi hissələr kimi hər hansı bir qapalı müəssisələrdə səsvermə keçirilirsə, seçkinin subyekti olan bütün təşkilatlar orada insanlarla ünsiyyətdə olmalıdırlar”,-deyə bildirdi: “Hakimiyyət bu münasibəti digər məsələlərdə olduğu kimi qanunsuzdur. / FaktXeber /


Geri qayıt