Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT İÇİNDƏKİ GİZLİ RƏSULÇULAR

HAKİMİYYƏT İÇİNDƏKİ GİZLİ RƏSULÇULAR


30-04-2012, 12:09
HAKİMİYYƏT İÇİNDƏKİ GİZLİ RƏSULÇULAR

PA-YA YAXIN DAİRƏLƏRDƏ ONLARIN YETƏRİNCƏ DAYAQLARI MÖVCUDDUR

DİA.AZ: - Bir müddət əvvəl belə bir xəbəri yayaraq bildirmişdik ki, günü bu gün də hakimiyyət içində və hakimiyyətə yaxın çevrələrdə keçmiş spiker Rəsul Quliyevə yaxın olan qüvvələr var ki, onların əllərində çox ciddi təsir imkanları mövcuddur. Amma nədənsə bu xəbərimiz rəsmi dairələr tərəfindən böyük qəzəblə qarşılanmaqla yanaşı, həm də təkzib olundu.

Bu barədə mətbuata açıqlama verən parlament sədrinin müavini Bahar xanım Muradova da belə bir mövcudiyyətin mümkünsüzlüyünə işarə edərək bildirmişdi ki, hakimiyyətdə Rəsul Quliyevin adamı ola bilməz. Amma indilərdə redaksiyamıza daxil olan faktlar da təsdiqləyir ki, Rəsul Quliyev hələ də iqtidara təsir imkanlarına malikdir.

Xatırladaq ki, Rəsul Quliyevin siyasi hicrətinin ilk dönəmlərində onlarla YAP-çı deputat siyasi yön dəyişdirərək keçmiş parlament sədrinin yanında olduqlarını bəyan etdilər. O zamanlar yayılan məlumatlar da təsdiqləyir ki, əgər mərhum prezidnt Heydər Əliyevin müdaxiləsi olmasaydı, həmin sıraya yetərincə ünlü YAP-çılar da qoşulacaqmış. Sonradan baş verənlər, həmçinin 2005-ci ilin 17 Oktyabr həbsləri də göstərmiş oldu ki, Rəsul Quliyevin YAP iqtidarı daxilində böyük rıçaqları olub və hətta həmin həbslər və arınmalar belə həmin dayaqların tamamilə ifşa olunması ilə nəticələnməyib.

Məlumatlı dairələrdən DİA.AZ-a ötürülən xəbərə görə, günü bu gün də Rəsul Quliyevlə açıq şəkildə münasibət saxlayan məmurlar da var: «Onların əksəriyyəti hətta Rəsul Quliyevlə əlaqələrinin olmasını gizlətmirlər də. Bu yolla həmin məmurlar YAP iqtidarının devrilməsinin ardından da özlərinə təminat qurmağı məqsəd ediblər».

Mənbəmiz bildirir ki, bu gün Rəsul Quliyevə aşkar təmsda olanlardan biri də hakimiyyətin mətbuatdakı əsas adamlarından biri hesab olunan və birbaşa olaraq Prezident Administrasiyasına yaxın fiqur kimi səciyyələndirilən «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadədir. Bildirək ki, Vüqar Rəhimzadənin rəhbərlik etdiyi qəzet Dövlət Neft Şirkətinin rəsmi orqanıdır. Mənbəmiz bildirir ki, bu qəzeti zamanında Rəsul Quliyev yaradıb və günü bu gün də qəzet rəhbərliyi Rəsul Quliyevlə internet və telefon vasitəsilə əlaqələrini qoruyub saxlamaqdadır.

Xatırladaq ki, Vüqar Rəhimzadənin o zamanlar polis rəisi işləyən ekiz qardaşı İlqar Rəhimzadə məhz 2005-ci ilin 17 Oktyabr hadisələri dönəmində RƏSUL QULİYEVİN ADAMI kimi ifşa olunmuşdu. Hətta müəyyən müddətə həbsdə yatan İlqar Rəhimzadə sonradan azadlıq əldə edir. Bu gün də həmin əlaqələrin və sədaqətin qaldığını bildirən mənbəmiz onu da vurğuladı ki, Vüqar Rəhimzadənin son parlament seçkilərində mandat ala bilməməsi də onun Rəsul Quliyevə olan sədaqəti ilə bağlıdır: «Vüqar Rəhimzadə isə elə zənn edir ki, onun parlamentə düşə bilməməsinin günahkarı Mübariz Qurbanlıdır. Və buna görə də hər yerdə Mübariz Qurbanlının əleyhinə kampaniya da aparır. Halbuki onun adının «qara siyahı»ya düşməsinə səbəb Rəsul Quliyevlə əlaqələridir və bunu YAP iqtidarının yuxarı eşalonunda da gözəl bilirlər».


Geri qayıt