Əsas Səhifə > Dünya > TERRORÇUNU TAPANA 250 MİN DOLLAR

TERRORÇUNU TAPANA 250 MİN DOLLAR


28-04-2012, 20:30
TERRORÇUNU TAPANA 250 MİN DOLLAR

ŞƏHƏRDƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİB

Ukrayna hakimiyyəti Dnepropetrovskdakı partlayışları törədənlər barədə məlumat verənə 250 min dollar mükafat vəd edir.

Bunu ölkə prezidenti Viktor Yanukovych Dnepropetrovskda keçirdiyi qapalı iclasdan sonra bəyan edib.

Aprelin 27-də bu şəhərdə 4 partlayış törədilib. 10 uşaq da daxil olmaqla 30 adam yaralanıb.

Partlayışlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, mayın 2-dək kütləvi tədbirlər ləğv edilib.

Terror maddəsi ilə cinayət işi başlanıb.


Geri qayıt