Əsas Səhifə > Güney Press, Araşdırma > İKİ TÜRK İCMASINA XÜSUSİ DİQQƏT

İKİ TÜRK İCMASINA XÜSUSİ DİQQƏT


28-04-2012, 20:18
İKİ TÜRK İCMASINA XÜSUSİ DİQQƏT

ABŞ-DA AZƏRBAYCAN VƏ TÜRK İCMALARI QƏBUL EDİLDİ

Vaşinqtonda ABŞ vitse-prezidenti Cozef Bayden Azərbaycan və türk icmalarının nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycanın ictimai və dini qurumlarının rəhbərləri, amerikalı azərbaycanlılar, Türkiyə-Azərbaycan təşkilatı, habelə bir sıra türk və Azərbaycan diaspora qurumlarının təmsiçiləri iştirak edib.

Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.

Tədbirdə ABŞ-ın vitse-prezidenti çıxış edib. Türkiyə-ABŞ, Azərbaycan-ABŞ əlaqələrinin son illər inkişaf edən xətlə irəlilədiyini deyən Bayden Amerikanın seçki ilində bütün qurumların dəstəyinə böyük ehtiyacı olduğunu bildirib. “Vitse-prezident Türkiyənin “ərəb baharı” prosesindəki vasitəçi rolunu, Azərbaycanla Türkiyənin İraql və Əfqanıstan müharibələrində Amerikaya dəstək verməsini yüksək qiymətləndirib. C.Bayden Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini və əhalisinin əksər hissəsini müsəlmanların təşkil etdiyi bu ölkədə demokratik inkişafların bütöv Yaxın Şərqə nümunə olduğunu bildirib.

O, Türkiyənin regional nüfuzunun Amerikanın bölgədəki nüfuzundan qat-qat artıq olduğunu deyib. C.Bayden demokratiya yolunda irəliləyən Azərbaycanla Amerikanın münasibətlərinin getdikcə dərinləşdiyini bildirib. O, Azərbaycanın resursları, Türkiyə vasitəsi ilə Avropanı neftlə təmin etməsi baxımından əhəmiyyətini qeyd edib. Görüş ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində olub.


Geri qayıt