Əsas Səhifə > Cəmiyyət > VAŞİNQTONDAN ARAYIŞ

VAŞİNQTONDAN ARAYIŞ


28-04-2012, 20:05
VAŞİNQTONDAN ARAYIŞ

ABŞ AZƏRBAYCAN VƏ TÜRKİYƏ İLƏ BAĞLI SIYASƏTİNİ AÇIQLAYIB

Cozef Bayden Azərbaycanda demokratiyanın kök atmaqda olduğunu deyib

Amerikanın vitse-prezidenti Cozef Bayden ölkəsinin Azərbaycan və Türkiyəyə dair siyasətini açıqlayıb. Cozef Bayden Azərbaycanda demokratiyanın kök atmaqda olduğunu deyib

Aprelin 27-də ABŞ-ın vitse-prezidenti Cozef Bayden Amerikada yaşayan Azərbaycan və Türkiyə icmasının qarşısında çıxış edib. ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi ilə bağlı keçirilən toplantıda iştirak etmək Amerikaya ezam olunmuş ANS-in müxbirinin verdiyi məlumata görə, bu toplantıda iştirak etmək üçün Vaşinqtonda, həm də ABŞ-ın digər şəhərlərində yaşayan Azərbaycan və Türkiyə icmasının nümayəndələri yığışmışdılar.

Məlumata görə, toplantıda ən çox yadda qalan isə Azərbaycan icması üçün çıxışında Baydenin Türkiyə və Azərbaycan barəsində dedikləri olub. Belə ki, o çıxışında bildirib ki, həm Türkiyə, həm də Azərbaycan ABŞ-ın bu regiondakı tərəfdaşlarıdır. O, hətta Türkiyəni əhalisinin böyük hissəsini müsəlman olmasına baxmayaraq demokratiya sahəsində bir nümunə olduğunu vurğulayıb.

Azərbaycanla bağlı çışında isə C. Bayden bildirib ki, Azərbaycanda da insan hüquqları və demokratiya sahəsində inkişaf var. O, Azərbaycanda demokratiyanın kök atmaqda olduğunu deyib.


Geri qayıt