Əsas Səhifə > Siyasət, Manşet > DAHA BİR TÜRK İMAMI AZƏRBAYCANA QARŞI

DAHA BİR TÜRK İMAMI AZƏRBAYCANA QARŞI


28-04-2012, 13:11
DAHA BİR TÜRK İMAMI AZƏRBAYCANA QARŞI

TƏBRİZİN İMAM-CÜMƏSİ DƏ ƏRDƏBİL İMAMINA QOŞULUDU VƏ…

DİA.AZ: - Fars-molla rejimi Azərbaycan əleyhinə fəaliyyət üçün yeni dəst-xətt seçib ki, bu yolla da həm özünü rəsmi ittihamlardan sığortalamış olur və həm də istədiklərini rahatlıqla həyata keçirir. Belə ki, artıq Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyasına hansısa fars dövləti təmsilçisi yox, imamlar çıxış etməkdədirlər.

Bu yöndə molla hakimiyyətinin ən ağır toplarından birinin Ərdəbilin imam cüməsi Seyid Həsən Amilinin olması faktdır. Əslən Azərbaycan türkü olan Amili antiAzərbaycan fəaliyyəti üçün təsadüfən seçilməyib. Hər halda Tehranda belə düşünürlər ki, Amilinin türk olması burada mühüm məqamı təşkil edir.

DİA.AZ-ın müşahidələrindən belə aydın olur ki, Seyid Həsən Amilinin antiAzərbaycan çıxışları ilə məhdudlaşmayan İranın təbliğat maşını indi də Təbrizin Azərbaycanda da hörməti saxlanılan imam-cüməsi Ayətullah Müctəhid Şəbüstərini də ölkəmiz və millətimiz əleyhinə fəaliyyətə cəlb edib. Bildirək ki, Amili kimi Şəbüstəri də Azərbaycan türküdür.

«AranNews» xəbər portalında Şəbüstərinin Azərbaycan əleyhinə etdiyi çıxışı barədə yer almış sözügedən məlumatı diqqətinizə çatdırırıq:

«Təbrizin imam cüməsi Ayətullah Müctəhid Şəbüstəri bu həftəki cümə namazının xütbələrində Azərbaycan Respublikasının son anti-İslam hərəkətlərinə işarə edərək, dedi: "Azərbacan Respublikası əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, təəssüflər olsun ki, hökumət tərəfdən islamofobya hər gün bərkiyir, İsrail və Amerika göstərişləri orada icra olunur".

Şərqi Azərbaycan əhalisinin Xubriqan Məclisində nümayəndəsi müsəlman bir ölkədə təhsil olcaqlarında hicabın qadağan olmasını tənqid edərək artırdı: "Bu müsəlman ölkəsində məscidlər dağıdılır, dini mübəlliğlərin ezamının qarşısı alınır".

Ayətullah Şəbüstəri xütbələrinin davamında dedi: "Bu günləri Azərbaycan Respublikası beynəlxalq casus idarələrinin, əsasən də Mossadın fəaliyyət mərkəzinə çevrilmişdir. Son vaxtlar Bakı hakimiyyəti təqribən 6 milyon manat məbləğində "Eurovision" müsabiqəsinin keçirilməsi üçün pul xərcləmişdir. Halbuki, bu ölkə əhalisinin əksəriyyəti yoxsulluq içində yaşayır".

Təbrizin imam cüməsi Azərbaycanda keçiriləcək "Eurovision" müsabiqəsi və gey-paradatoxunaraq dedi: "Bu ölkə musiqi və rəqs müsabiqəsinə hazırlaşır və bu müsabiqə ilə yanaşı dünyanın müxtəlif bölgələrindən, əsasən də sionist rejimdən gələcək homoseksualların paradını təşkil etmək istəyir. Bu hərəkətin həddən artıq çirkin olmasına diqqət etməklə Bakı dövlətinin bu qərarı dünya müsəlmanlarının qəlbini yaralamışdır".

Vəliyyi-fəqihin Şərqi Azərbaycanda nümayəndəsi dedi: "Ümidvaram ki, Azərbaycan ölkəsinin rəhbərləri müsəlman ölkələrinin bu müsabiqə barədəki nigərançılığını dərk edəcəklər".

Şərqi Azərbaycan əhalisinin Xubriqan Məclisində nümayəndəsi bildirdi: "Biz Təbriz əhalisi Azərbaycan Respublikası hökumətinə xatırladırıq ki, anti-İslam hərəkətlərindən əl çəksin. Bu vəziyyət davam etdiyi surətdə ölkəmizin başçılarından istəyəcəyik ki, Azərbaycanla münasibətlərinə yenidən baxsınlar"».


Geri qayıt