Əsas Səhifə > Sosial, Manşet > KREDİT TƏŞKİLATINA QARŞI SƏRT İTTİHAM

KREDİT TƏŞKİLATINA QARŞI SƏRT İTTİHAM


28-04-2012, 12:59
KREDİT TƏŞKİLATINA QARŞI SƏRT İTTİHAM

“İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC BOKT-DƏ BAŞ VERƏN ÖZBAŞINALIQLAR

DİA.AZ: - Ayrı-ayrı kredit təşkilatlarının fırıldaqları barədə dəfələrlə məlumatlar vermişk. Bildirək ki, sözgedən istiqamətin nəzarətdən kənarda qalması vətəndaş şikayətlərinin də günü-gündən artmasına nədən olur. Belə bir şikayət bu gün redaksiyamıza daxil olub.

DİA.AZ-ın elektron poçtuna daxil olan şikayət məktubunda Şuşa şəhər sakini hazırda Ağcabədi rayonunda məskunlaşmış Şəhid ailəsi Fərhadov Qabil Nemət oğlu başına gələnləri belə nəql edir:

“Hörmətli redaksiya ! Yazaraaq bildirirəm ki mən fermer fəailiyəti ilə məşğul oluram hazırda Ergi düzündə 250 baş xırda buynuzlu 30 –a yaxın isə iri buynuzlu heyvandan ibarət fermer təsərüfatım var. Qış mövsümündə fermanın ehtiyacın qarşılamaq üçün Ağcabədidə yerləşən “inkişaf üçün maliyyə mmc bank olmayan kiredit təşkilatı” nın ağcabədi rayon filalına 5000 manat kiredit götürmək üçün müraciyyət etdim.

Həmin müraciətdən sonra kredit mütəxəsisi gəlib mənim fermer təsərüfatıma baxdı və mənə bəzi sənətləri düzəltməm üçün siyahı verdi. Məndə öz növbəmdə lazımi sənd və girovları banka təqdim etdikdən sora mənə bildirdilər ki bir-iki günə kirediti verəcəklər . Lakin düz üç ay məni get gələ saldiqdan sornra mənə heç bir səbəb göstərmədən kiredit verməyəcəyini bildirdilər . Mən bunun səbəbini öyrənmək istədikdə mənə dedilər ki , sənə kredit düşmür.

Mən isə onlara söylədim ki, necə olur 30 qoyunu olana pul verilir, mənə isə verilmir. İş belə olduqda mütəxəsis mənə bildirdi ki, kef bizimdi biz bilərik , kimə istəyiriki onada pul verərik, kimə istəmirik vermərik. Sonradan isə bunu mənə hansı səbəbdən kiredit verməkdən boyun qaçırmaqının səbəbini öyrəndim. Sən demə, bunlar müraciyyət edən hər kəslə qabaqcadan ayrılacaq kireditin məbləğinin bir qisminin onlara rüşvət şəkilində qayrtarılması ilə bağlı razılıq əldə edirmişlər. Görünür, məndən heç nə çıxmayacağını nəzərə alıb,elə bəri başdan “yox” demək qərarına gəliblər.

Hörmətli redaksiya! Redaksiyanızın vasitəsi ilə mənə qarşı edilmiş bu haqsızlığın araşdırılmasını və bu şəxsilərin cəzalandırılmasını təmin etməyinizi xahiş edirəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt