Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOVA AD GÜNÜ SÜRPRİZİ

ZİYA MƏMMƏDOVA AD GÜNÜ SÜRPRİZİ


28-04-2012, 12:51
ZİYA MƏMMƏDOVA AD GÜNÜ SÜRPRİZİ

GƏLƏN HƏFTƏ NN ŞEFİ POSTUNDA DƏYİŞİKLİK OLA BİLƏR

DİA.AZ: - Gələn həftə nəqliyyat naziri postunda dəyişiklik gözlənilir. Bu şok məlumatı redaksiyamıza Nazirlər Kabinetindəki qaynaq ötürüb. Mənbə DİA.AZ-a verdiyi xəbərində onu da iddia edir ki, Ziya Məmmədovun yerinə hazırda «Azəravtoyolservis» ASC-yə rhbərlik edən Cavid Qurbanovun təyin edilməsi nəzərdə tutulub.

Bildirək ki, cümə günü Azərbaycan prezidenti İlham Əliyev nəqliyyat naziri Ziya Məmmədovu «Şöhrət» ordeni ilə təltif edib. Ziya Məmmədov bu mükafata Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə layiq görülüb.
Məlumatlardan belə aydın olur, Z.Məmmədovu 60 yaşı tamam olması münasibətilə bu ali mükafata layiq görüblər.

Amma mənbəmiz iddia edir ki, Ziya Məmmədova «Şöhrət» ordeninin verilməsi onun gedişinə tədarük görülməsi ilə bağlıdır. Qeyd edək ki, həqiqətən də YAP iqtidarının yola salmağa hazırlaşdığı nüfuzlu məmurlara gediş ərəfəsində hansısa mükafatı vermə ənənəsi mövcuddur.


Geri qayıt