Əsas Səhifə > Cəmiyyət, Manşet > ƏLİ ƏHMƏDOVA ŞOK VƏZİFƏ TƏKLİFİ
ƏLİ ƏHMƏDOVA ŞOK VƏZİFƏ TƏKLİFİ27-04-2012, 16:37 |
YAP-IN İCRA KATİBİ PREZİDENT ADMİNİSTRASİYASINA APARILIR DİA.AZ: Hakim düşərgədə yeni kadr təyinatları ola bilər. Bu barədə məlumatı redaksiyamıza Yeni Azərbaycan Partiyasındakı bilgili qaynaqlar ötürüblər. Məlumatı verən mənbə iddia edir ki, hakim partiyanın icra katibi Əli Əhmədov Prezident Administrasiyasına vəzifəyə aparılacaq. Xatırladaq ki, yerli mətbuatda Əli Əhmədov zaman-zaman PA rəhbəri Ramiz Mehdiyevə alternativ fiqur kimi səciyyələndirilib və eyni zamanda onun PA daxilindəki antimehdiyevçi qanadla - Zeynal Nağdəliyev-Əli Əsədov cütlüyü ilə sıcaq münasibətlərdə olduğu da bildirilir. Və hətta bir ara Əli Əhmədovun deputatlıq məsələsinə Ramiz Mehdiyevin əngəl törətmək istəməsi barədə məlumatlar da qəzetlərdə yer almışdı. İndi isə DİA.AZ-a bu barədə danışan mənbə iddia edir ki, Əli Əhmədov PA-ya təyinat alıb. Hər halda, onun kimi əvəz edəcəyini indidən söyləmək mümkün deyil. Amma bəri başdan yalnız bir məsələni vurğulamaq olar ki, istənilən halda YAP-ın icra katibinin PA-ya gətirilməsi Ramiz Mehdiyevin rəqiblərinin gücünün üstünə güc qatmış olacaq. Geri qayıt |