Əsas Səhifə > Cəmiyyət > ANARIN EVSİZLƏR SİYAHISI
ANARIN EVSİZLƏR SİYAHISI27-04-2012, 15:18 |
9 MƏNZİLİ BÖLƏ BİLMƏYƏNLƏR Azərbaycan Yazıçılar Birliyinin (AYB) ev siyahısında olanların adı açıqlanıb. APA-nın məlumatına görə, AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu “kulis.az”a bildirib ki, birliyin mənzil komissiyasının sədri, üzvləri, mənzil növbəsinə dayanan yazıçı və şairlərin iştirakı ilə bu gün iclas keçirilib, bəyanat qəbul olunub. İclasda qərara alınıb ki, 9 mənzil 36 nəfərə verilsin. Dörd şəxsə bir mənzil verəcək və mənzillər satılaraq pulu dörd şəxs arasında bərabər bölünəcək. Bəyanatda deyilir ki, AYB rəhbərliyinin “Abidə” Tikinti-Mənzil Kooperativi ilə bağladığı müqaviləyə əsasən ayrılacaq 9 mənzilin qruplar üzrə bölünməsi məqsədəuyğun hesab edilir və birliyin mənzil komissiyasının qərarı dəstəklənir. Bəyanat müəllifləri növbədə olan bəzi şəxslərin bu məsələ ilə bağlı narazılıq yaratması haqsızlıqdır hesab edərək bildiriblər bölgünü “ədalətli” adlandırıb narazıların iddialarını “əsassız” sayıblar. Mətbuat katibi iclasda qəbul edilmiş bəyanata imza atan şəxslərin siyahısını da təqdim edib: 1. Firuzə Məmmədova (AYB Həmkarlar təşkilatının rəhbəri) 2. Arifə Əliyeva (AYB Kadr şöbəsinin müdiri) 3. Sevinc Hüseynzadə (AYB-də operator) 4. Arzu Babışova (AYB-də operator) 5. Tovuz Teymurova (AYB-də məsləhətçi) 6. Gülşən Bağırova (AYB-nin baş mühasibi) 7. Qəmər Bəşirova (AYB-nin mühasibi) 8. Natəvan Atamoğlanova 9. Eyvaz Ayxan 10. Hamlet Qocayev 11. Yalçın Qoca (Xalq şairi Fikrət Qocanın oğlu, şair ) 12. Sara Rəsulova 13. Akif Hüseynov (Nizami adına Ədəbiyyat İnstitutunun “Müasir ədəbi proses“ şöbəsinin müdiri) 14. Ədalət Əsgəroğlu (AYB-nin mətbuad katibi) 15. Arzu Hüseynov 16. Salam Sarvan 17. Adil İslamov 18. Nüşabə Məmmədli 19. İnqilab Rəvan 20. Sədi Fətəlizadə 21. Aydın Xan 22. Kəramət 23. Nizami Əliyev 24. Orxan Fikrətoğlu 25. Xanəmir 26. Şaiq Vəli 27. Suliddin Qasımlı 28. Qəşəm Nəcəfzadə 29. Gülxarə Pənah 30. Dəyanət Osmanlı 31. Əsəd Cahangir 32. İlham Qəhrəman 33. Əkbər Qoşalı Ə. Əsgəroğlu onu da deyib ki, ev növbəsində ümumilikdə 50-yə yaxın adam var, onlar arasında araşdırma aparıldıqdan sonra üç nəfər də mənzil alanların siyahısına əlavə ediləcək, beləliklə 36 nəfər bu imkandan faydalanacaq. Geri qayıt |