Əsas Səhifə > Şou-biznes > "ÇOX İSTƏYƏRDİK Kİ, ONLAR XANIMLAR OLSUN..."

"ÇOX İSTƏYƏRDİK Kİ, ONLAR XANIMLAR OLSUN..."


27-04-2012, 14:25
"ÇOX İSTƏYƏRDİK Kİ, ONLAR XANIMLAR OLSUN..."

“DOSTLARIM DA BU İDEYAYA DƏSTƏK VERİR”

Gitaraçı-müğənni Çingiz Mustafayev “OK!” Azərbaycan jurnalına müsahibə verib.

- "Palmas" qrupunu yaratmaq ideyası necə yarandı?

- Mən "Yeni ulduz" müsabiqəsindən sonra çox iddialı idim və bir qrup gənc bir araya toplanıb fərqli layihələr gerçəkləşdirməyə başladıq. Onların sırasında Fla-Muğam layihəsi də var idi. Bu layihə bizim ən böyük mədəni sərvətimiz olan muğamın İspaniyanın xalq musiqisi flamenko ilə sintezini nəzərdə tuturdu. Tarda dostum Emil ifa edirdi. Həmin vaxt mən Sərhəd Qoşunları nəzdində çalışırdım və biz "Sərhədçi" adlı qrup da yaratmışdıq. Amma iş elə gətirdi ki, bu layihələr bitdi və ağlıma başqa bir ideya gəldi. Dostlarım və mənə yaxın insanlar da bu ideyaya dəstək verdilər. Adını çəkdiyim Emil və başqa dostlarımla yeni bir qrup yaradıb, fəaliyyət göstərməyə başladıq.

- Bəs "Palmas" adını kim seçib və bu hansı anlama gəlir?

- Bu adı mən seçmişəm. "Palmas" təsadüfən seçilən ad deyil. Palmas, yəni, "əl çalmaq" - flamenko rəqslərinin bir elementidir. Biz sırf ispan musiqisi ifa etməsək belə, bütün ifalarımızda ritm əsas rol oynayır, hətta lirik mahnılarda da.

- Qrupunuza daha çox hansı yaşa, cinsə, təbəqəyə aid insanlar pərəstiş edir?

- Əlbəttə, çox istəyərdik ki, qrupumuzun pərəstişkarları xanımlar olsun, özü də onların sayı-hesabı olmasın (gülür).

Geri qayıt