Əsas Səhifə > Sosial, Manşet > DAHA BİR NEÇƏ KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR

DAHA BİR NEÇƏ KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR


27-04-2012, 13:01
DAHA BİR NEÇƏ KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR

İRİ MƏMURLAR ARXAYINDIR, ORTA RANQLILAR İSƏ GECƏNİ YATA BİLMİRLƏR

DİA.AZ: - Hakimiyyətin keçən ilin fevral ayından etibarən start düyməsini basdığı antikorrupsiya tədbirləri səngisə də, bu, əslində aldadıcı mənzərədir. Bu barədə DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, yaxın günlərdə daha bir neçə orta ranqlı çinovnikin korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həbsi baş verə bilər.

Mənbəmiz iddia edir ki, əsasən sosial müdafiə sfearası ilə bağlı ciddi araşdırmalar var: «Eyni zamanda daha bir neçə təhsil işçisinin, həmçinin özəl sektor çalışanlarının da həbsi planlaşdırılır. Bu addımlar içində ən çox cəlbedəni isə rayon icra hakimiyyətində birinci müavin postunu tutan şəxslərdən biri ilə bağlı ölçünün götürülməsi olacaq».

Məlumatlara görə, Bakının rayonlarından birinin icra hakimiyyətinin birinci müavini ilə əlaqədar korrupsiya yoxlamaları həyata keçirilir: «Koknkret şikayət əsasında aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həqiqətən də həmin dövlət məmuru külli miqdarda dövlət pulunu mənimsəməklə yanaşı, plana düşən evlərin sakinləri üçün nəzərdə tutulan kompensasiyanın da böyük həcmini öz hesabına köçürtdürüb».

Artıq bu kimi faktların araşdırmaya götürüldüyünün vurğulandığı xəbərdə o da bildirilir ki, antikorrupsiya tədbirlərinin bu dalğasında da iri ranqlı məmurlar özlərini arxayın hiss edəcəklər: «Hələlik, yuxarılardan kiməsə toxunulmasa da, orta ranqlı məmurların yuxularının ərşə çəkilməsi təbii hadisədir».

Onu da xatırladaq ki, antikorrupsiya tədbirlərinin özünün də bir siyasətə çevrilməsi faktı mövcuddur. Və bu barədə keçən günlərdə də məlumat verərək bildirmişdik ki, bəzi məmurlar bu prosesdən öz xeyirlərinə istifadə etməyə başlayıblar. Gələn məlumatlara görə, hətta hakimiyyət içindəki güc mərkəzləri rəqiblərini sıradan çıxara bilmələri üçün də korrupsiya ilə mübarizə prosesindən istifadə edirlər.


Geri qayıt