Əsas Səhifə > Cəmiyyət > ŞAMAXI SAKİNİ EVİNDƏ YANARAQ ÖLÜB
ŞAMAXI SAKİNİ EVİNDƏ YANARAQ ÖLÜB27-04-2012, 12:39 |
FHN YANĞINI SÖNDÜRSƏ DƏ… Şamaxıda yaşayış evi yanıb, bir nəfər ölüb. Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi - 1957-ci il təvəllüdlü Babayar Məhərrəm oğlu Allahyarlının cəsədi aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Geri qayıt |