Əsas Səhifə > Siyasət, Manşet > BAŞ NAZİR POSTUNA KİM GƏTİRİLİR?

BAŞ NAZİR POSTUNA KİM GƏTİRİLİR?


27-04-2012, 12:31
BAŞ NAZİR POSTUNA KİM GƏTİRİLİR?

«AVROVİZİYA» YARIŞMASI ARTUR RƏSİZADƏNİN SON BAHARI OLA BİLƏR

DİA.AZ: - Nəhayət ki, hər kəsin «dişsiz balıq» hesab etdiyi Azərbaycanın baş naziri Artur Rəsizadə ilə bağlı siyasi qərar verilib. Bu barədə məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər qaynaq ötürüb. Xəbərdə bildirilir ki, Artur Rəsizadənin görəvdən alınması işinə indidən tədarük görülməyə başlanılsa da, baş nazirlikdə dəyişiklik «Avroviziya-2012» mahnı yarışmasının ardından baş tutacaq.

Onu da bildirək ki, zaman-zaman Artur Rəsizadənin postunu itirəcəyi ilə bağlı məlumatlar yerli mətbuatın müzakirə predmetinə çevrilib. Bu vaxta qədər baş nazirliyə onlarla şəxsin iddialı olduğu da söylənilib. Bəlkə də mətbuatda yazılan bu iddialarındanheç onların bəziləri xəbərdar da olmayıb. Kimləri Artur Rəsizadənin yerinə «təqdim etməyiblər»: Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, Nəqliyyat Naziri Ziya Məmmədov, Müdafiə Sənayesi Naziri Yavər Camalov, Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullyev və hətta Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov… Lakin bunların heç biri özünü doğrultmayıb.

Redaksiyamızın əldə etdiyi bilgilərdən belə məlum olur ki, baş nazir postuna tamamən yeni kadr hazırlanır. Bu barədə məlumatlı qaynağın idda etdikləri: «Artıq iqtidar dəhlizlərində həmin şəxsin kimliyi ilə bağlı söhbətlər dolaşır. Yeni kadr olacaq və hakimiyyətlə qohumluq əlaqələrinə malikdir. Yalnız bu qədər bilgi var».

Mənbəmiz onu da bildirdi ki, Artur Rəsizadənin «Avroviziya» yarışmasının ardından görəvdən alınması üçün fəaliyyətin indidən başlaması da təsadüfi deyil: «Hər halda, yeni kadr gəncdir və o, ən azından iş prosesi ilə bağlı bilgiləndirilməlidir».

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt