Əsas Səhifə > Gündəm, Manşet > VİLYAM HACIYEV İMİŞLİDƏN QOVULA BİLƏR

VİLYAM HACIYEV İMİŞLİDƏN QOVULA BİLƏR


27-04-2012, 12:12
VİLYAM HACIYEV İMİŞLİDƏN QOVULA BİLƏR

İMİŞLİ SAKİNLƏRİ İCRA BAŞÇISININ YENİ QANUNLARINA QARŞIDIR

DİA.AZ: - Samux rayonundan İmişliyə başçı postuna transfer olunan Vilyam Hacıyevlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Əldə etdiyiyimz bilgilərə görə, özünü hər yerdə «mən Bəylər Əyyubovun adamıyam» şəklində təqdim edən Vilyam Hacıyevin İmişlidə belə bir təkəbbürdə bulunması, yerli sakinlərin heç də xoşuna gəlməyib.

Rayondakı qaynaq DİA.AZ-a bildirir ki, tərəkəmə camaatı olan imişlililər bu kimi öyünclərə heç də vərdiş etməyiblər: «Bu yaxınlarda başçı yerli idarə müdirlərini başına yığaraq, onlara öz qüdrətindən danışıb. Samuxda etdiyi əməllərin cavabsız qalmasına, hətta mükafat olaraq İmişlinin onun rəhbərliyinə verilməsinə işarə edərək bildirib ki, onu hər zaman Bəylər Əyyubov qoruyub, bundan sonra da qoruyacaq».

Həmin toplantıda İmişli Asfalt Zavodunun müdirini qaralayan icra başçısı bildirib ki, səndən biri də (Samux Asfalt Beton Zavodunun müdiri Nəsrullə Nəzərovu nəzərdə tutur, hansı ki, Vilyam Hacıyev hələ də bu sahibkara atdığı 491 min manat pulu qaytarmayıb və iş məhkəmə instansiyalarındadır -red.) Samuxda var idi, amma onun pulunu xərclədim, kimsə mənə heç ə edə bilmədi: «Başçı ona bildirib ki, sən də mənim qanunlarımla işləmək zorundasan. «Burda kiminsə pulu yoxdur. Rayondan qazanmısınız, xərcələməlisiniz» deyən Vilyam Hacıyev digər idarə müdirlərini də hədələyib».

Məhz bu toplantı ilə yerli məmurların, həmçinin sakinlərin də qəzəbinə tuş gələn Vilyam Hacıyevə camaat adından xəbərdarlıq edilib: «İki gün əvvəl rayon ağsaqqallarından biri başçının qəbulunda olub və ona sakinlərin sözünü çatdırıb ki, əgər bu kimi əməlləri ilə rayonda tanınmaq istəyirsə, o zaman indidən şələ-küləsini götürüb İmişlidən gedə bilər».

Hər halda, bu məlumatlar da təsdiqləyir ki, deyəsən, daş qayaya rast gəlib və Vilyam Hacıyev çox passiv olan Samux camaatı ilə kifayət qədər aktiv olan İmişli sakinlərinin arasındakı fəallıq fərqini tədricən görəcək.

Geri qayıt