Əsas Səhifə > Şou-biznes > “MÖHTƏŞƏM YÜZ İL” AZƏRBAYCAN KANALINDA

“MÖHTƏŞƏM YÜZ İL” AZƏRBAYCAN KANALINDA


11-10-2011, 15:20
“MÖHTƏŞƏM YÜZ İL” AZƏRBAYCAN KANALINDA

MƏŞHUR SERİAL 22 ÖLKƏDƏ YAYIMLANACAQ

Türkiyənin ən populyar teleserialı, Osmanlı hökmdarı Qanuni Sultan Süleymanın həyatından bəhs edən “Möhtəşəm Yüzil” (Muhteşem Yüzyıl) 22 ölkədə göstəriləcək.

Türkiyə mətbuatı xəbər verir ki, 6 aydır müxtəlif sərgilərdə təqdim olunan “Show TV”nin tarixi serialı 22 ölkəyə satılıb. Serialı alan ölkələr arasında Azərbaycan da var.

APA-nın əldə etdiyi məlumata görə, Azərbaycandan serialı satın alan qurum “Lider” televiziyasıdır.

Alıcılar arasında Rusiya, Ukrayna, Qazaxıstan, Yaponiya və bir sıra Şərqi Avropa ölkələri də var. Serialın qeyd olunan ölkələrdə, eləcə də Azərbaycanda nümayişinə dekabrın 22-dən sonra başlanacağı bildirilir.

Qeyd edək ki, “Möhtəşəm Yüzil” serialında Sultan Süleyman rolunu tanınmış aktyor Xalid Ərgənc (Halit Ergenç) ifa edir.


Geri qayıt