Əsas Səhifə > Cəmiyyət > OQTAY GÜLALIYEVİN SAĞLAMLIĞI TƏHLÜKƏDƏDIR

OQTAY GÜLALIYEVİN SAĞLAMLIĞI TƏHLÜKƏDƏDIR


27-04-2012, 10:34
OQTAY GÜLALIYEVİN SAĞLAMLIĞI TƏHLÜKƏDƏDIR

“KÜR”ÜN KOORDINATORU ZƏİFLƏYİB

“Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev bir həftəlik həbsdən sonra, nəhayət, vəkili ilə görüşə bilib.

Vəkil Yalçın İmanov bu gün istintaqdan icazə alaraq, Şüvəlan istintaq təcridxanasında Gülalıyevə baş çəkib.

Müvəkkilli ilə görüşdən sonra İmanov Turana bildirib ki, Gülalıyevin iki il əvvəl müalicə aldığı mədə-bağırsaq xəstəliyi qəfildən kəskinləşib. Onun vəziyyətinin ağırlaşmasına Sabirabad rayon polis rəisinin müavini Rauf Məcidov və bir neçə polis tərəfindən döyülməsi səbəb olub. Gülalıyev vəkilə bildirib ki, qarın boşluğuna daxili orqanlara zərbələr endirilib. Gülalıyev aprelin 17-də Sabirabad rayon polisinin növbətçi İT rəhbəri Seyfəddin Quliyev tərəfindən təhqirlərə və fiziki təzyiqə məruz qaldığını söyləyib.

Vəkil qeyd edib ki, Gülalıyevin ağrı hiss etdiyini və xeyli zəiflədiyini müşahidə edib.

İmanov bildirib ki, saxlanma və həbs zamanı müvəkkilinin hüquqlarının pozulması ilə əlaqədar qanunvericilik çərçivəsində bütün zəruri addımları atacaq.

“Mən artıq Gülalıyevin işinin istənilən başqa istintaq idarəsinə, hətta DİN-ə verilməsi haqqında vəsatət qaldırmışam, belə ki, Sabirabad polisi bu işdə maraqlı və qərəzli tərəfdir.

Hüquq müdafiəçisi və redaktor Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunda monitorinq zamanı həbs edilib. Əvvəlcə o, xuliqanlıq ittihamı ilə 12 sutka inzibati həbsə məruz qalıb, sonradan ona qarşı CM-in 220.2-ci (hakimiyyət nümayəndəsinin tələblərinə tabe olmamaq və kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırış) maddəsi ilə cinayət işi açılıb. Maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Aprelin 19-da o, 2 ay müddətinə həbs edilib.


Geri qayıt