Əsas Səhifə > Hadisə > ZABİTİMİZ ŞƏHİD OLUB

ZABİTİMİZ ŞƏHİD OLUB


27-04-2012, 10:19
ZABİTİMİZ ŞƏHİD OLUB

24 YAŞLI ABDULLAYEV AĞDAMDA DÖYÜŞÜB

Ermənistan Silahlı Birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub.

APA-nın məlumatına görə, hadisə dünən axşam cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Milli Ordunun leytenantı 24 yaşlı Vaqif Zakir oğlu Abdullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə zabit aldığı güllə yarasından dünyasını dəyişib.

Qeyd edək ki, V. Abdullayev Xızı rayonundan hərbi xidmətə çağırılıb.

Allah rəhmət eləsin.


Geri qayıt