Əsas Səhifə > Hadisə > ORXAN KƏRİMOVA MÖHÜRSÜZ İTTİHAM

ORXAN KƏRİMOVA MÖHÜRSÜZ İTTİHAM


26-04-2012, 16:40
ORXAN KƏRİMOVA MÖHÜRSÜZ İTTİHAM

MƏHBUS TƏHSİL İŞÇİSİNƏ ŞƏRAİT YARADILACAQ

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin həbsdə olan müdir müavini Orxan Kərimovun və eyni işdə ittiham olunan İbrahim İsgəndərov, Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

O.Kərimovun vəkili Ramiz Məmmədov dövlət ittihamçısı tərəfindən məhkəməyə təqdim edilmiş möhürsüz ittihamnanamənin məhkəmə tərəfindən qəbul edilməməli olduğunu bildirib. Prokuror bu məsələyə izahat verməyə çalışıb.

Əməkdaşmızın verdiyi xəbərə görə, bugünkü prosesə zərərçəkənlər də qatılıb.

Xatırladaq ki, O.Kərimov dünənki məhkəmə prosesi zamanı çıxışında səhhəti ilə bağlı heç bir tədbir görülmədiyini, hakim Ramella Abdullayevadan onun müayinəsi ilə bağlı qərar çıxarmasını xahiş etmiş, demişdi ki, 11 ayda təcridxanada mənə hərarətimi ölçməyə termometr də verilməyib.
R.Abdullayeva bu gün bildirib ki, O.Kərimovun müayinə olunması üçün şərait yaradılacaq.


Geri qayıt