Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > GƏDƏBƏYDƏ 34 AİLƏNİN HAQQI TAPDANIB

GƏDƏBƏYDƏ 34 AİLƏNİN HAQQI TAPDANIB


26-04-2012, 16:00
GƏDƏBƏYDƏ 34 AİLƏNİN HAQQI TAPDANIB

QIZIL ŞİRKƏTİ PAY TORPAQLARINI SU QİYMƏTİNƏ ALIR

DİA.AZ: - Redaksiyamıza Gədəbəy rayonu Arıqdam kəndinin bir qrup sakini adından, Ələkbərov Telman Zaman oğlu tərəfindən müraciət daxil olub. Bildirək ki, bu müraciətdə çox ilginc faktlar açıqlanıb.

DİA.AZ-a ünvanlanan həmin məktubu olduğu kimin diqqətinizə çatdırırıq:

“Hörmətli redaksiya!

Yazıb Sizə bildirirəm ki, Beynəlxalq Mədən Əməliyyat Şirkəti «AMİC» emblemi altında Gədəbəydəki qızıl-mis yatağını istismar edir. Yataq Gədəbəy şəhəri ilə Arıqdam kəndinin arasındakı ərazidə olsa da, qızılın, gümüşün, misin külçədən ayrılması prosesini yerinə yetirən zavod əsasən Arıqdam kəndinin ərazisində yerləşir. Kəndin 200-250 hektar torpaq sahəsi şirkət tərəfindən tutulmuşdur. Əsas dolanışığı əkin-səpin və mal-qara saxlamaqla təmin olunan Arıqdam kəndinin yaylaq və otlaq sahələrə çıxışı Qızıl Şirkəti tərəfindən bağlanmışdır. Demək olar ki, kənd əhalisinin 60 faizi mal-qara saxlamaq imkanını itirmişdir. Bu da kənd əhalisinin dolanışığını kəsgin şəkildə pisləşdirmişdir.

Hal-hazırda Qızıl Şirkəti öz ərazisini genişləndirməkdədir. Bu genişləndirmə kənd əhalisinin mülkiyyətində olan torpaqlar hesabına aparılır və yüz ailənin torpaq sahələri zorakılıqla təhqiramiz bir məbləğ 17,5 dollar verilməklə əlindən alınır (hər sot torpaq üçün 17.5 ABŞ dolları).

Bu işin başında Gədəbəy rayon İcra başçısı Kamran Rzazadə durur. Arıqdam kənd bələdiyyəsinin sədri Əliyev Ramil Baba oğlu, Arıqdam kənd icra nümayəndəsi Abdullayev Akif Fərmayıl oğlu (təbii ki, icra başçısı Kamran Rzazadənin tapşırığı ilə) kənd camaatının kasıblığından, savadsızlığından, qanunları və hüquqlarını bilməmələrindən istifadə edərək aldatma, təhdid və müxtəlif formalarla təzyiq göstərməklə 65 ailəni imza atmağa razı salmışlar və hər sot torpaq sahəsinə 17.5 ABŞ dolları on illik hesablayaraq 175 dollara qaldırmışlar. Bu hesabla 65 ailəyə pul vermişlər.

Hal-hazırda 34 ailə həmin təhqiramiz pula yaxın durmur. Ona görə ki, kənd camaatının sonuncu ümidi olan bu pay torpaqlarıdır. Bu ümidləri də zorakılığa məruz qalıb. Ümid edirəm ki, bu vəziyyətin ictimailəşməsində müəyyən köməyiniz ola bilər”.

Yazıda adlaır keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.


Geri qayıt