Əsas Səhifə > Hadisə > SÜRÜCÜ DİRİ-DİRİ YANDI

SÜRÜCÜ DİRİ-DİRİ YANDI


26-04-2012, 13:55
SÜRÜCÜ DİRİ-DİRİ YANDI

“VAZ”-LA “KAMAZ” TOQQUŞUB

Məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Qazax avtomobil yolunun 57-ci kilometrliyində “VAZ” markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yanğın baş verib. Nəticədə minik avtomobili yanıb. Yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı minik avtomobilinin sürücüsü - Qədir Qurban oğlu Ağayevin yanmış cəsədi aşkar olunub.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər Q.Ağayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:12-də başa çatmışdır. / faktxeber /


Geri qayıt