Əsas Səhifə > Şou-biznes > "AÇIQ GEYİNMİŞƏM, AMMA..."

"AÇIQ GEYİNMİŞƏM, AMMA..."


26-04-2012, 13:30
"AÇIQ GEYİNMİŞƏM, AMMA..."

“ƏVVƏLLƏR AĞINA-QARASINA BAXMIRDIM”

Xatirə İslamı sərbəst geyinən sənətçi kimi tanıyırıq.

Müğənni klassik, idman, ümumiyyətlə, ona yaraşan hər növdə geyimlərdən istifadə edir. Amma qarderobu əvvəlki kimi tez-tez təzələnmir, bir də brend mallara çox pul xərcləmir. Çünki müğənninin dediyinə görə, qazancı əvvəlki illərə baxanda, bir az zəifləyib. Özü Milli.Az-a bunları deyib:

«Əvvəllər ağına-qarasına baxmırdım. Nə xoşuma gəlirdisə, alıb geyinirdim. Bir vaxt fikirləşdim ki, büdcəyə qənaət etmək lazımdır. Çünki qazanc həmişə əla olmur. Zaman keçdikcə görürsən ki, toylar azalır, şou-biznesdə işlər bəzən axsayır. Bu da büdcəyə təsirsiz ötüşmür».

Müğənni deyir ki, əvvəllər ayda bir geyim üçün 2000-3000 manat pul xərcləyibsə, bu cəhdi indi yalnız ildə bir dəfə edə bilir:

"Bir də yaş öz sözünü deyir. Geyimin də bir çılğın dövrü olur. Sonra baxırsan ki, filan vaxt geyindiyin paltar bu günə uyğun deyil. Yaş ötdükcə geyimi də buna uyğunlaşdırmaq lazımdır. Hər dövrün öz tələbi, istəyi olub. Əsas odur ki, mən heç vaxt geyimimə görə utanmamışam. Açıq geyinmişəm, amma əndazəsində. Ona görə də geyim mövzusunda problemim olmayıb", - deyə sənətçi bildirdi.


Geri qayıt