Əsas Səhifə > Şou-biznes > "BUNU ETİRAF ETMƏLİYƏM!”

"BUNU ETİRAF ETMƏLİYƏM!”


26-04-2012, 13:27
"BUNU ETİRAF ETMƏLİYƏM!”

“BİZDƏ MÜĞƏNNİNİN GEYİNDİYİ PALTAR CƏLB EDİR”

Populyar müğənni İlhamə Qasımova “OK!” Azərbaycan jurnalına müsahibə verib.

- İlhamə, gəl söhbətimizə elə turnedən başlayaq, Avropa turnesinə çıxmaq fürsəti necə yarandı?

- Bu fürsət “Bei mir bist du schön” adlı mahnımız və videoklip top 10-luğa düşən zaman yarandı. Məşhur avropalı DJ OGB ilə ifa etdiyim “Bei mir bist du schön” hitinə çəkilmiş klip oktyabrın 21-dən “Viva” və “MTV” telekanallarında yayımlanır. Avropada məni dinlədilər və bəyəndilər. Turneyə ötən ilin yanvarından başladıq, demək olar ki, fevral ayı da daxil olmaqla 7 şəhərdə konsert proqramları ilə çıxış etdim.

- Əcnəbi tamaşaçılarla bizim tamaşaçılar arasında hansı fərqi hiss etdin?

- Fərq böyükdür. Məsələn, Avstriyada konsert verərkən oradakı tamaşaçıların daha çox musiqiyə diqqət yönəltdiklərinin şahidi oldum. Onlar bütün varlıqları ilə musiqiyə hakim kəsilirlər. Müğənninin ifa tərzi, manerası, səhnə mədəniyyəti onlar üçün çox önəmlidir. Almaniya tamaşaçısı isə daha çox müğənnidə peşəkarlığa üstünlük verir. Əgər müğənni peşəkardırsa, onu sona qədər dinləyəcəklər. Bizdə isə müğənninin geyindiyi paltar, saç düzümü daha çox diqqəti cəlb edir, nəinki onun ifası, musiqisi. Avropada səhnə enerji ilə dolu idi, pozitiv enerjinin təsirindən ruhlanmışdım. Amma əlbəttə ki, bunu etiraf etməliyəm; top onluqda olmasaydım, belə diqqət görməzdim. Bu da bir faktdır.

- Planında Azərbaycanı həmişəlik tərk edib, Avropada solo-karyeranı davam etdirmək yoxdur ki?

- Qətiyyən! Mən Avropada müğənni kimi hansısa planlarımı yerinə yetirə bilərəm, amma yaşamaq üçün doğma Vətənim var - Azərbaycan.


Geri qayıt