Əsas Səhifə > Hadisə > KAĞIZ EMALI SEXİNDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

KAĞIZ EMALI SEXİNDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ


26-04-2012, 12:58
KAĞIZ EMALI SEXİNDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

OLAY NƏTİCƏSİNDƏ ÖLƏNLƏR VAR

Azərbaycanın Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub. APA-nın Daxili İşlər Nazirliyinin satına istinadən verdiyi məlumata görə, hadisə aprelin 25-də Sumqayıt şəhəri “Poladkonstruksiya Quraşdırma” ASC-nin ərazisində baş verib.

Türkiyə vətəndaşı Çengiz Tisin icarə əsasında işlətdiyi kağız emalı sexində, özü və orada fəhlə işləyən Xaçmaz rayon sakini Kamran Məlikməmmədov, Sumqayıt şəhər sakinləri Yalçın Hüseynov, Mais Həmzəyev, Rəvan Səlimov, onun qardaşı, Rahid, Bəylər Qocamanov, Bəxtiyar Əsgərov, Vüqar Salmanov və Mirmehdi Fəttayev kimyəvi maddədən zəhərləniblər. Xəstəxanaya aparılarkən K.Məlikməmmədov yolda ölüb, Ç.Tisin, Y.Hüseynovun və M.Həmzəyevin vəziyyətləri ağır, M.Fəttayevin vəziyyəti orta-ağır, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılıblar.


Geri qayıt